Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

“Səhər TV” Ramiz Mehdiyevin müdafiəsində

Dekabr 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48

İran dövlətinin maliyyəsi ilə fəaliyyət göstərən telekanal Rusiya ilə işbirliyində suçlanan “boz kardinal”a niyə qahmar çıxdı? 

“Ramiz Mehdiyevin Rusiyaya işləməsi məntiqə uyğun deyil”. Bu sözlərin iranlı siyasi şərhçi Qəhrəman Nurani qonşu ölkədə yayımlanan  “Səhər TV”yə açıqlamasında deyib. Onun iddiasına görə, R.Mehdiyevin Rusiya ilə işbirliyində suçlanması “köhnə fiqurlar və potensial müxalifəti oyundan kənarlaşdırmaq” niyyəti kimi təqdim edib.

Qeyd edək ki, “Səhər TV” İranın dövlət maliyyəsi ilə fəaliyyət göstərir. Tribuna.az bu xəbərlə bağlı şərhində yazır ki, kanalın Ramiz Mehdiyevi dəstəkləməsi daha çox İran rejiminin mövqeyinin nümayişidir. O zaman belə məlum olur ki, Mehdiyev İran tərəfindən dəstəklənir və bu səbəbdən də müdafiə edilir.

Ramiz Mehdiyev sonuncu dəfə 2013-cü ilin aprelində İrana səfər edib. R.Mehdiyev səfər çərçivəsində İranın ovaxtkı Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə, həmçinin İranın digər rəsmiləri ilə də görüşlər keçirmişdi. Maraqlıdır ki, AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı İrana bağlılığı şübhə doğurmayan Müsəlman Birliyi Hərəkatının həbsdəki sədri Tale Bağırzadə də bəyanat vermişdi. Bəyanatda bildirilirdi ki, AXCP sədrinin həbsinin motivi guya Əli Kərimlinin “uzunmüddətli, ardıcıl və prinsipial mübarizəsinin nəticəsidir”.

MƏTBUAT TRİBUNASI - Sahar Azeri

Xaricdə yaşayan jurnalist Elbəyi Həsənli Bağırzadənin AXCP sədrini müdafiəsi haqda bunları yazıb: “AXCP İranın molla rejimi ilə xoş münasibətdə olub. Sirr deyil ki, Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə ilə AXCP sədri Əli Kərimlinin son dərəcə isti münasibətləri vardı. Heç o da təsadüfi deyil ki, məhz Müsəlman Birliyi Hərəkatı hamını qabaqlayaraq Əli Kərimlinin həbsinə etiraz etdi. Hamı bilir ki, Müsəlman Birliyi Hərəkatı İran İslam İnqilabını Azərbaycana ixrac etmək uğrunda mübarizə aparır. Bəxtimiz onda gətirib ki, İslam İnqilabı modeli artıq İranın özündə iflasa uğramaqdadır”.

Yada salaq ki, “Səhər” kanalının yaradılmasında əsas missiya Azərbaycan ictimai rəyində İran maraqlarının müdafiəsi, rəsmi Bakıya qarşı yalan kampaniyasını aparmaq olub. Belə görünür ki, Mehdiyevin də müdafiəsi yalnız bir ekspertin özbaşınalığı deyil.

Ümumiyyətlə, uzun illərdir ki, bu kanal Azərbaycana qarşı qərəzli, bəd niyyətə xidmət edən fikirlər irəli sürür. Dövlət məmurlarına və Azərbaycanın ali rəhbərliyinə böhtanlar yağdırılır. Dövlətçiliyimizə və milli kimliyimizə qarşı düşmənçilik münasibəti nümayiş etdirilir, ərazi bütövlüyümüzə qarşı ciddi təxribatlar törədir. Belə bir məkrli siyasət yeridən “Səhər TV” təəssüf ki, İran dövləti tərəfindən maliyyələşdirilən rəsmi kanaldır. Münasibətlərin hansı səviyyədə olmasından asılı olmayaraq, “Səhər TV” daim Azərbaycana qarşı düşmən mövqe sərgiləyir.

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Səhər TV”nin Azərbaycana  erməni mediasından daha çox düşmənçilik etdiyini fikirləşir. Onun sözlərinə görə, “Səhər TV” 90-cı illərdən bu yana eyni münasibəti sərgiləyir: “Xatırlayıram ki, o zaman da sistemli şəkildə Azərbaycana qarşı təbliğat aparılır, böhtan atılırdı. Üstəlik, verilişlər Azərbaycan dilində yayımlanaraq İrandan bura təsir etməyə çalışırdılar. Hətta Azərbaycanda bəzi adamlar bu telekanalının təsiri altına düşmüşdü. Halbuki belələri korazehin adamları idi və həmin efirin İranın maraqlarına xidmət etdiyini görə bilmirdilər. Bu gün də Ramiz Mehdiyevin müdafiəsi göstərir ki, İranda bəlli dairələrin Azərbaycana nifrəti davam edir. Hərçənd ölkənin xarici işlər naziri Bakıya gəlmişdi, amma mühafizəkar qanada bağlı təbliğat vasitələri dayanmaq bilmir”.

Q.Hüseynlinin fikrincə, “Səhər TV” Mehdiyevi müdafiə etməkdən daha çox bu məsələdə Azərbaycan hakimiyyətinin əleyhinə ictimai rəy yaratmaq məqsədi güdür: “Bu telekanal o vaxt da təbliğat aparırdı ki, guya azərbaycanlıları əzirlər, hökumət onlara “divan tutur” və “Səhər TV” də guya bizə can yandırır. Hətta bir efir aparıcısı var idi ki, verilişdə yalandan ağlayırdı, guya Azərbaycan xalqının dərdini çəkir. Yəni bu saxtakarları yaxşı tanıyırıq. İran dövlətinin himayəsində olan bir telekanalın bu şəkildə informasiya siyasəti elə molla rejiminin birbaşa maraqlarına uyğundur. Ancaq İran bununla Azərbaycanın daxili işlərinə “burnunu soxur”. Görünür ki, İran müttəfiqi Rusiyanın adamı Ramiz Mehdiyevin Azərbaycanda ifşa olunmasından narahatdır. Çünki Azərbaycanda Rusiyanın təsirinin azaldılması prosesi gedir. Paralel şəkildə İranın da agentura şəbəkəsi xeyli dərəcədə çökdürülüb. Bu da cənub qonşumuzu həyəcanlandıran faktdır ki, Azərbaycan Türkiyə ilə müttəfiqliyi gücləndirir, Rusiya və İranın təsir imkanlarını minimuma endirir”.

Politoloqun sözlərinə görə, “Səhər TV” Azərbaycana qərəzli münasibətini yenə davam etdirəcək: “İlk dəfə deyil ki, bu telekanal kin qusur. Bu televiziya bir müddət qanunsuz şəkildə Azərbaycanda yayımını həyata keçirirdi və təbliğat aparırdı. Burada digər məqsəd İrandakı azərbaycanlıların problemlərini diqqətdən yayındırmaqdır. Ramiz Mehdiyevin müdafiəsi də o qəbildəndir ki, nəzərləri Azərbaycanın içərisinə yönəltsinlər. Ümumiyyətlə, İrandakı soydaşlarımızın “zəhər” adlandırdıqları “Səhər” telekanalının fəaliyyəti Azərbaycanı şərləməkdən ibarətdir. Bundan başqa da, SEPAH-ın himayəsində olan media resursları dayanmadan ikitərəfli münasibətlərə zərər vuran materiallar dərc edir. Azərbaycanın Qarabağı işğaldan azad etməsi İranın planlarına uyğun deyildi. Regionda əvvəlki status-kvo, yəni torpaqların işğalda qalması ilə davam edən münasibətlər Tehrandakı rejimə daha çox sərf edirdi. Bu gün Azərbaycan güclənib və müttəfiqləri var. Xüsusən də Türkiyə, Pakistan, həmçinin İsraillə əlaqələr, son olaraq da Tramp administrasiyası ilə qurulan yüksək səviyyəli münasibətlər İrandakı rejimi qane etmir”.

Qeyd edək ki, İran rəsmiləri “Səhər TV”nin yayımlarını bəzən güney azərbaycanlılarla əlaqələndirirlər, lakin bunun İranda olan Azərbaycan türkləri ilə heç bir əlaqəsi yoxdur. Hətta “Səhər TV” Güney Azərbaycan şəhərlərinin heç birində yayımlanmır. Kanalın ferekansları yalnız Azərbaycan Respublikası üçün nəzərdə tutulub.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Əvvəlki Yazı

Paşinyan Türkiyə və Azərbaycanla bağlı ELƏ BİR ADDIM ATDI Kİ…

Növbəti Yazı

Nazirdən müəllimlərə sitəm – bəs günahkar kimdir?

EKSKLUZİV

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 2026 / 13:28
25
Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 2026 / 14:56
3
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5

XƏBƏR LENTİ

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.