Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

Fevral 5, 2026
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti” də uğursuz başa çatdı… və çatmali idi də! O yerdə ki Anar diktaturası, “maraqlara xidmət” AYB-dəki sistemin özülünü, tərkibini, mahiyyətini təşkil edir, başqa necə olmalı idi ki? Zatən, bütün məsələlər öncədən bəlli idi…

Mənsub olduğu qurumu 40 ildir ki öz əsarətində saxlayan, kürsü hərisliyini “ilahi mübarizə”yə çevirən, heç bir nizamnamə qaydaları tanımayan, heç sədri olduğu Birliyin üzvlərinin sayından, varlığından bütünlükdə xəbəri olmayan Anar indi gəlib məgər, AYB-də nizamnamə qaydaları ilə çıxış edəcəkdimi(?!), (idarəçiliyində həmin nizamnamə qaydalarını rəhbər tutacaqdımı?) Təbii ki, yox!..

Anar Yazıçılar Birliyinin taleyində 40 ildir ki AYB nizamnaməsinə divan tutan sədr olub… Bugün də o “missiyanı” Çingiz Abdullayevlərlə, Elçin Hüseynbəylilərlə, Rəşad Məcidlərlə, Azər Turanlarla… birgə davam elətdirir. Bir dəfə də demişdim, (Anar sisteminin sayəsində!) bugün Yazıçılar Birliyində elə “37-ci il”dir. Orada sənətkar dəyəri, sənət meyarları, nizamnamə qaydaları… amansız “sürgündədir”. … Üzvlük haqqı ödənilməlidirmi?Nizamnaməyə əsasən əlbəttə ödənilməlidir. Bu öz yerində! Məsələ bu deyil ki!..

Bəs Anar və Anar sisteminin “üzvlük haqqı siyasəti”nin fonunda hansı məqsəd(lər) dayanırdı? Sadəcə müəyyən “fəaliyyət görüntüsü” yaratmaq, eyni zamanda, öz səriştəsiz idarəçilikləri ucbatından AYB-yə yığdıqları kütlənin heç olmasa bir qismindən (“üzvlük haqqı siyasəti” ilə) AYB-ni azad etmək və fürsət düşmüşkən, Anarın diktator iş prinsipini qəbul etməyən bir sıra şəxsləri (çox güman ki!) həmin “üzvlük haqqı siyasəti” ilə Birlikdən uzaqlaşdırmaq. Vəssalam!.. Gerçək mahiyyət, məqsəd bu idi. Buna da nə dərəcədə nail ola bildilər, hər nə varsa göz önündədir! …

Bir aylıq var-gəldən sonra bir AYB rəsmisinin bu prosesə birtəhər “nöqtə” qoymaq xatirinə yekunda “2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib.” informasiyası ilə çıxış etməsi bir daha mövcud idarəçiliyin qeyri-ciddiliyini ortaya qoyur. Məntiqlə yanaşsaq, guya 2500 üzvdən üzvlük haqqını ödəməyən cəmisi həmin otuz nəfər oldu. Nə qədər qeyri-ciddi, bərbad, acınacaqlı mənzərə!.. Görün, Yazıçılar Birliyi hansı dərəcədə iflic bir situasiyadadır ki, həmin bu şəxslər (AYB rəsmləri) heç yürütdükləri “üzvlük haqqı siyasəti”nin fonundakı (Anarın səriştəsiz idarəçiliyi ucbatından) AYB-yə toplanan kütlənin heç olmasa bir qismindən AYB-ni azad etmə niyyətilə başladıqları prosesi də uğurla başa vura bilmədilər. Bilirsinizmi niyə? Çünki proses lap əvvəldən — məhz Anarın istefasından, Anar sisteminin AYB-dən uzaqlaşmasından başlamalıdır. … Gərək Anar(lar) unutmasın ki, bütün diktatorlar sonda tək qalır!

Emil Rasimoğlu şair-publisist, AYB-nin üzvü

Əvvəlki Yazı

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

EKSKLUZİV

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

05 Fevral 2026 / 10:58
6
“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

05 Fevral 2026 / 10:56
2
Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
4
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15

XƏBƏR LENTİ

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.