Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

Fevral 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07

Azərbaycanda demoqrafik vəziyyət son illərdə təkcə statistik məsələ deyil, eyni zamanda sosial-iqtisadi təhlükəsizlik problemi kimi aktuallaşıb. Rəsmi rəqəmlər əhalinin say artımının davam etdiyini göstərsə də, dərin təhlil demoqrafik tarazlığın pozulduğunu, xüsusilə doğum səviyyəsinin azalması, miqrasiya və əhalinin yaşlanması kimi risklərin ön plana çıxdığını ortaya qoyur.

Əhalinin azalması dünyanın əksər ölkələrində və qarşısıalınmaz formada baş verir. Bu prosesə bir çox faktorlar təsir göstərir. Ən əsası isə, əhalinin azalmasının qlobal miqyasda baş verməsidir. Əksər inkişaf etmiş ölkələrdə təbii artım sıfıra yaxındır. Məsələn, 2025-ci ilin göstəricilərinə görə, ABŞ əhalisinin artım tempi cüzi 0,5% olub. Bu, COVID-19 pandemiyasından sonra ən aşağı artım səviyyəsidir. Bu dövrdə ABŞ əhalisi təxminən 341,8 milyon nəfərə çatıb, lakin artım çox zəif olub. Bu azalma əsasən xalis miqrasiyanın kəskin azalması ilə əlaqədardır: əvvəlki dövrlərdə ABŞ-a 2 milyondan çox miqrant gəlirdisə, indi bu rəqəm təxminən 1,3 milyona düşüb.

Doğum səviyyəsi yarıbayarı azalıb

Azərbaycanda isə miqrasiya problemləri sonrakı sıralarda gəlir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son 10 il ərzində Azərbaycanda doğulan uşaqların sayı mərhələli şəkildə azalıb.

 

 

 

Əgər 2010-cu illərin əvvəlində ailələrdə orta hesabla 2–3 uşaq normaya yaxın idisə, hazırda bu göstərici əksər ailələrdə 1–2 uşaqla məhdudlaşır. 2011-ci ildə ölkədə doğulan uşaqların sayı 176 min nəfər civarında olmuşdusa, 2024-cü ilin statistikasına görə cəmi 102 310 uşaq doğulub. Ötən ilin yanvar–oktyabr dövründə isə 80 802 doğulan körpə qeydə alınıb. Ümumiyyətlə, müstəqilliyin ilk illəri ilə müqayisədə rəqəmlər məyusedici dərəcədə fərqlənir. Belə ki, Azərbaycanda 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum düşürdüsə, 2011-ci ildə bu göstərici təxminən 19,4 idi. Bundan 13–14 il sonra — 2024–2025 dövründə isə bu rəqəm təxminən 10,1- 9,5-ə doğum səviyyəsinə düşüb. Rəqəmlər göstərir ki, 14 il ərzində (2011–2025) doğum səviyyəsi demək olar ki, yarıbayarı azalıb.

Rəsmi statistikada yer alan maraqlı məqamlardan biri nikahdankənar doğulan uşaqların da sayının azalmasıdır. Əgər 2023-cü ildə ölkədə  nikahdankənar 15 622 uşaq doğulmuşdusa, 2024-cü ildə bu rəqəm 13 228-ə düşüb. Bu meyl nikah institutuna münasibətdə bəzi sosial dəyişiklikləri də əks etdirir, amma ümumi doğum səviyyəsində müsbət trend saymaq üçün kifayət deyil.

Nikahların sayı 2 dəfədən çox azalıb

Doğum sayının azalmasının təbii ilk səbəbi bağlanan nikahların sayının kəskin azalması ilə bağlıdır. Rəsmi məlumatlara görə, 2025-ci ilin yanvar–oktyabr dövründə ölkədə cəmi 40 739 nikah qeydə alınıb. Bu, 2024-cü ilə nisbətən təxminən 2% azalma deməkdir.

 

 

2025-ci ildə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı 4,8–4,6 ətrafındadır. 2011-ci ilin statistik rəqəmləri isə bundan iki dəfədən çox nikah bağlandığını göstərir. Belə ki, həmin ildə Azərbaycanda 88 145 nikah bağlanıb. Bu, əhalinin hər 1000 nəfərinə 9,7 nikah deməkdir. Yəni son 10–15 ildə nikahların sayı sabit şəkildə aşağı enişdədir ki, bu da demoqrafik trendlərə təsir edir.

Onu da qeyd edək ki, 2011-ci ildə hər 1000 nəfərə təxminən 13,5 təbii artım düşürdüsə, 2024-cü ildə bu rəqəm təxminən 4,2–4,3 olub. 2025-ci ildə isə eyni göstərici təxminən 3,3–3,4 ətrafındadır. Rəqəmlərdən göründüyü kimi, son illərdə göstəricilər daha sürətlə dəyişir. Bu ciddi azalma nəticəsində ölümlərin sayı doğumların sayına daha sürətlə yaxınlaşır və təbii artım zəifləyir. Azərbaycanda il ərzində dünyasını dəyişənlərin sayı 60 min nəfərdən artıqdır.

Ekspertlərə görə, nikahların azalmasının əsas səbəbləri sırasında gənc ailələrin maddi imkanlarının zəifləməsi, mənzil probleminin kəskin qalması, nikah yaşının yüksəlməsi, qadınların təhsil və əmək bazarında daha fəal olması və s. yer alır. Mütəxəssislərin fikrincə, bu tendensiya davam edərsə, yaxın 10–15 ildə təbii artım faktiki olaraq sıfıra enə bilər.

Boşanmalar da bir tərəfdən…

2011-ci ildə Azərbaycanda təxminən 10 747 boşanma halı qeydə alınıb. Bu, o dövr üçün əhalinin hər 1000 nəfərinə 1,2 boşanma demək idi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə təxminən 21 384 boşanma qeydə alınıb. Bu rəqəm 2023-cü ilə nisbətən azalma göstərir: 2023-cü ildə 21 688 boşanma halı olub.

2025-ci ilin yanvar–oktyabr dövründə isə Azərbaycanda 17 254 boşanma qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə boşanmaların təxminən 4,8% azaldığını göstərir. Statistika göstərir ki, son illərdə boşanmaların ümumi sayı kəskin artıb, 2025-ci ildə isə nisbi azalma meyli müşahidə olunub. Bununla belə, boşanma səviyyəsi 2011-ci illə müqayisədə xeyli yüksəkdir və ümumi mənfi demoqrafik trendin bir hissəsidir.

Yaşlı əhali artır, gənclər ölkəni tərk edir

Doğum səviyyəsinin azalması fonunda Azərbaycanda əhalinin yaş strukturu da dəyişir. Yaşlı əhalinin payı tədricən artır, əmək qabiliyyətli yaşda olan əhali isə nisbətən azalır.

 

 

Qeyd edək ki, 2025-ci ilin statistik rəqəmlərinə görə, Azərbaycan əhalisinin 21,2 faizini 0–14 yaşlı uşaqlar təşkil edir. 15–64 yaşında olan əmək qabiliyyətli vətəndaşlar isə 69,6 faizdir. Əhalinin 9,2 faizi isə 65 yaşdan yuxarıdır. Bu göstəricilər ölkədə əvvəlki illərlə müqayisədə yaşlı əhalinin payının artdığını göstərir. Belə ki, hazırda Azərbaycan hələ də nisbətən cavan ölkə olsa da, yaşlıların payı yavaş-yavaş artır. Əgər bu tendensiya davam edərsə, yaxın gələcəkdə yaşlıların xüsusi çəkisi daha da yüksələ bilər.

“Əhali asılılıq əmsalı” statistikası göstərir ki, işlək yaşda olmayan (uşaq və yaşlı) insanların sayı hər 100 işlək yaşda olanlara nisbətdə təxminən 43,6% təşkil edir ki, bu da o deməkdir ki, hər 100 işlək yaşda olan adama təxminən 44 asılı şəxs düşür. Bu nisbət əvvəllər daha yüksək olsa da, son illərdə yenə də stabil səviyyədə qalır.

Bu prosesin mümkün nəticələri artıq hökuməti də narahat edir. Belə ki, pensiya sisteminə yükün artması, əmək bazarında kadr çatışmazlığı, sosial xərclərin yüksəlməsi özünü artan rəqəmlərlə göstərir. Hazırda bu problem kəskin görünməsə də, demoqraflar bunun “gecikmiş böhran” xarakteri daşıdığını bildirirlər.

Miqrasiya — demoqrafik tarazlığa görünməyən zərbə

Azərbaycanda demoqrafik vəziyyətə ciddi təsir göstərən əsas faktorlardan biri də miqrasiyadır. Rəsmi statistikada bu proses məhdud göstərilsə də, qeyri-rəsmi məlumatlar və ekspert qiymətləndirmələri minlərlə gəncin ölkəni tərk etdiyini göstərir.

 

Əsas miqrasiya istiqamətləri:

– Rusiya və MDB ölkələri (əmək miqrasiyası);

– Avropa ölkələri (təhsil və daimi yaşayış);

– Türkiyə (təhsil və biznes fəaliyyəti).

Bu proses xüsusilə 20–35 yaş arası, yəni demoqrafik və iqtisadi baxımdan ən aktiv təbəqəni əhatə edir ki, bu da uzunmüddətli perspektivdə ölkə üçün ciddi risk yaradır.

Regionlar niyə boşalır?

Regionlar üzrə demoqrafik disbalans da qeyd olunan problemin mühüm tərəflərindən biridir. Son 10 ildə ucqar kəndlərin boşalması tendensiyaya çevrilib.

 

Elm və təhsil naziri Emin Əmrullayev ötən il çıxışlarının birində ölkədə 4400-dən artıq orta məktəbdən 1500-nün şagird çatışmazlığı ilə üzləşdiyini və onların bağlanmaq təhlükəsi ilə qarşılaşdığını bildirmişdi. Onlardan 400-dən artığında cəmi 30–35 şagird təhsil alır. Bu, əsasən ucqar kəndlərdə yerləşən orta məktəblərdir ki, əhalinin köçməsi məktəbləri şagirdsizliklə üz-üzə qoyur. Vaxtilə qaynar məktəb həyatı indi sönükdür, sınıq-salxaq partaların arasında həvəssiz oturan uşaqlar onlara candərdi dərs deyən müəllimlərini dinləyir…

Bu problemin nəticəsidir ki, Azərbaycanda demoqrafik artım bərabər paylanmayıb. Bakı və Abşeron yarımadasında süni artım müşahidə olunur, rayon və kəndlərdə əhali sürətlə azalır, bəzi bölgələrdə məktəblərlə yanaşı sosial infrastrukturun bağlanması riski də yaranır. Bu disbalans regionların iqtisadi inkişafını zəiflədir və daxili miqrasiyanı daha da sürətləndirir.

Hökumətin qarşısında yeni çağırış var…

Hökumət son illərdə demoqrafik siyasət çərçivəsində müəyyən addımlar atsa da, ekspertlər bu tədbirlərin kifayət etmədiyini bildirirlər. Mövcud problemlər arasında:

– doğum və uşaq müavinətlərinin real xərcləri kompensasiya etməməsi;

– gənc ailələr üçün əlçatan mənzil proqramlarının məhdudluğu;

– regionlarda dayanıqlı iş yerlərinin çatışmazlığı;

– miqrasiyanın real miqyasının etiraf edilməməsi göstərilir.

Əgər mövcud tendensiyalar dəyişməz qalarsa, Azərbaycan yaxın onilliklərdə demoqrafik baxımdan ciddi sınaqlarla üzləşə bilər.

Ekspertlər hesab edir ki, vəziyyətin yaxşılaşdırılması üçün gənc ailələrə kompleks sosial dəstək mexanizmləri yaradılmalı, regionların iqtisadi cəlbediciliyi artırılmalı, miqrasiyanı azaldan stimullar tətbiq olunmalı və demoqrafik siyasət real statistikaya əsaslanmalıdır. Əks halda, demoqrafik problem təkcə sosial deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilə bilər.

E. Rüstəmli

“AzPolitika.info”

Əvvəlki Yazı

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

Növbəti Yazı

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

EKSKLUZİV

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 2026 / 17:05
16
FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

13 Fevral 2026 / 16:05
1
SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

13 Fevral 2026 / 15:56
0
“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

13 Fevral 2026 / 15:53
0

XƏBƏR LENTİ

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Paşinyan “diskoteka gecəsi”nə 22 milyon xərclədi – GÖRÜNTÜLƏR

Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü qeyd olunub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı – veteranların etibarlı dayağı

Azərbaycanın ilk ordu generalı yad edildi – FOTOLAR

“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

Qürur və ağrı ortaqlarımız

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Strateji Tərəfdaşlıq Xartiyası Cənubi Qafqazda sülh və təhlükəsizliyə tarixi töhfədir”

Gənc idmançı Respublika çempionu oldu

Partizanlarımızın al qanı Azərbaycan – İtaliya dostluğunun əbədiliyini təmin edib

“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” – MÜHÜM AÇIQLAMA

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə – Müasir Dəstək Platforması

Qazax İdman paytaxtı 2026″ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Ərəb ölkələrində təhsilin yeni mərhələsi: imkanlar və perspektivlər

Prezidentdən mühüm mesaj – regionda yeni dövr başlayır

Mülkiyyət hüququnun açıq şəkildə tapdanması: Məhkəmələr vergidən yayınmanı etiraf edən şəxslərin maraqlarını niyə qoruyur?

Yazıçılar Birliyinin “üzvlük haqqı siyasəti”

“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.