Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib – VİDEO

İyul 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

İyulun 10-da Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və BMMT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Bu barədə Cumhuriyyet.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə, BMMT-nin himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oxuyub.

Müraciətdə insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq ifadə olunub. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Müraciətdə Bakıda keçirilən sessiyanın təbii və texnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarının dərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyi və mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxta təsadüf etdiyi, bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsi sahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və bu sahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədə ixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu qeyd edilib.

Dövlət başçısının müraciətində Azərbaycanın mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyi, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmizin insan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturun qorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyata keçməsində yaxından iştirak etdiyi vurğulanıb. Bu kontekstdə, Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baş tutmuş COP29 və gələn il keçiriləcək Dünya Şəhərsalma Forumunun bəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onların fəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Mülki müdafiə mexanizmlərinin inkişafı üçün universal platforma olan BMMT-nin beynəlxalq arenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzv dövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinin təmin edilməsinin strateji əhəmiyyət daşıdığı, müasir dünyamızda artan risklər fonunda dövrün çağırışlarına cavab verə bilən, ona uyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektiv aləti kimi güclü BMMT-nin olmasının vacibliyi vurğulanıb, sessiyanın uğurla keçəcəyinə əminlik ifadə olunub.

Sonra çıxış edən Təşkilatın İcraiyyə Şurasının vitse-prezidenti Vinisio Feliks Çavarria Bayez və BMMT-nin Baş katibinin səlahiyyətlərini icra edən Roman Lapin sessiyanın qarşısında duran məsələlərdən bəhs ediblər.

Daha sonra Təşkilatın Etimad Komitəsinin hesabatı dinlənilib, sessiyanın gündəliyi təsdiq olunub. BMMT-nin Baş katibi vəzifəsinə namizədlərin təqdimatından sonra səsvermə keçirilib.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirlyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib. Qeyd edək ki, Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparırdı.

Səsvermənin hesabatı dinlənildikdən sonra BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tədbirdə yekun nitq söyləyib.

Nazir BMMT-nin Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının bütün iştirakçılarına məhsuldar və konstruktiv fəaliyyətlərinə görə səmimi təşəkkürünü bildirib. K.Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə göstərdiyi hərtərəfli dəstəyə, strateji baxışına və davamlı diqqətinə görə dərin minnətdarlığını çatdırıb.

Nazir BMMT-nin Bakıda keçirilən sessiyalarının fövqəladə hallarla mübarizə məsələlərində real və müsbət nəticələrin yalnız birgə və əlaqəli fəaliyyət sayəsində əldə edilməsinin mümkünlüyünü bir daha göstərdiyini vurğulayıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın fəal və məsuliyyətli iştirakçısı kimi ölkəmizin bundan sonra da BMMT-nin fəaliyyətini dəstəkləməkdə və onun inkişafına əməli töhfə verməkdə davam edəcəyini bildirib.

BMMT-nin himninin səsləndirilməsi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasının işinə yekun vurulub.

Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO Azərbaycan FHN-in əməkdaşı BMMT-nin Baş katibi seçilib - VİDEO
Əvvəlki Yazı

Britaniya İranı ciddi təhdid hesab edir

Növbəti Yazı

Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında lider olub

EKSKLUZİV

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

14 İyun 2026 / 10:29
4
“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

14 İyun 2026 / 9:44
2
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
1
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

12 İyun 2026 / 9:54
2

XƏBƏR LENTİ

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.