ABŞ Prezidenti Donald Tramp Kanada hökumətini sərt tənqid edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində bildirib:
“Kanada Fələstin dövlətini dəstəklədiyini açıqladı. Bu, bizim onlarla ticarət sazişi bağlamağımızı çox çətinləşdirəcək”
Qeyd edək ki, Kanada hökuməti sentyabr ayında Fələstini rəsmi dövlət kimi tanıyacağını açıqlayıb.