Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Xəzər əldən gedir – ƏN QORXUNC PROQNOZLAR DOĞRULUR

Avqust 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

Ötən gün Beynəlxalq Xəzər Günü idi. 2006-cı ilin bu günündə 5 Xəzəryanı ölkə – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən qəbul edilmiş Xəzər dənizinin mühafizəsi üzrə Çərçivə Konvensiyası qüvvəyə minib.

Musavat.com xəbər verir ki, sazişin əsas məqsədi dəniz mühitinin çirklənmədən qorunması, habelə onun bioloji ehtiyatlarının qorunması, bərpası, davamlı və səmərəli istifadəsidir.

Xəzər Avropa ilə Asiyanın qovşağında yerləşən dünyanın ən böyük qapalı su hövzəsidir. Ən böyük göl və ya dəniz kimi təsnif edilir. Sahilyanı ölkələrin sakinləri üçün müxtəlif balıq ehtiyatları ilə zəngin olan Xəzər həmişə qida mənbəyi olub. Xüsusilə qiymətli beluqa, nərə və ulduzlu nərə balığı Xəzərin inciləri hesab olunur.

Xəzərin gələcəyi ilə bağlı ekspertlərin, alimlərin, hidrometeoroloqların, iqlim mütəxəssislərinin proqnozları çox qorxuludur.

Bu əsrin sonuna qədər dəniz səviyyəsinin 18 metr aşağı düşəcəyini və Xəzərin sahəsinin 34 faiz azalacağını proqnozlaşdırırlar. Hazırda Xəzər dənizində suyun səviyyəsi fəlakətli şəkildə azalmaqdadır.

Almaniya və Niderland universitetlərinin ekspertlərinin fikrincə, bu enişin ekoloji, iqtisadi və siyasi nəticələri dağıdıcı olacaq.

Onlar proqnozlaşdırırlar ki, bu əsrin sonuna kimi Xəzər dənizinin səviyyəsi çayların axınının artması və ya yağıntıların artması ilə kompensasiya olunmayan dəniz suyunun buxarlanmasının əhəmiyyətli dərəcədə artması nəticəsində 9-18 metr aşağı düşəcək.

Dənizin bu səviyyəyə qədər dayazlaşması cənub-şərqdə şimal Xəzər və Türkmən şelflərinin, Xəzərin orta və cənubunda isə bütün sahilyanı ərazilərin dəniz səthindən çıxması, şərq kənarındakı Qara-Boğaz-Göl körfəzinin tamamilə quruması deməkdir. Dəniz səviyyəsinin 9 metr enməsi Xəzər dənizinin səthinin sahəsini 23 faiz, 18 metr enməsi isə 34 faiz azaldacaq.

Qışda dəniz buzunun azalması nəsli kəsilməkdə olan Xəzər suiti balalarının yaşayış mühitinə təsir göstərəcək. Geniş şelfin itirilməsi dənizi balıqlar, köçəri quşlar və endemik suitilər və nərə balığı kimi yerli və endemik balıq növləri üçün kürü tökmə yerləri olan dayaz su yaşayış yerlərindən daha da məhrum edir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün regionun iqtisadiyyatlarına təsir göstərəcək. Volqa-Baltik su yolu və Volqa-Don kanalı ilə dünya okeanı ilə birləşən dənizdə və onun ətrafında gəmiçilik çətin duruma düşəcək. Sahil infrastrukturu, o cümlədən limanlar sular çəkildikcə köhnələcək.

Dəniz yurisdiksiyası zonaları və müstəsna balıqçılıq hüquqları dəyişəcək. Kənd təsərrüfatı, sənaye və məişət sektorlarının artan tələbatını ödəmək üçün balıqçılıq sahələrinin yenidən bölüşdürülməsi və ya suyun çıxarılması və duzsuzlaşdırılması üzrə milli planlar üzərində beynəlxalq siyasi gərginlik artacaq.

İstixana qazlarının emissiyalarının azaldılması kimi qlobal təsirin azaldılması tədbirləri yəqin ki, çox gec olacaq, çünki Xəzər dənizinin səviyyəsi artıq ildə təxminən 6-7 sm aşağı düşür. Buna görə də daha aktiv regional uyğunlaşma tədbirlərinə ehtiyac var.

Dəniz hara gedir və suyun səviyyəsi nə qədər aşağı düşüb?

Xəzər dənizində suyun vaxtaşırı aşağı düşməsi, sonra isə əvvəlki səviyyəyə qalxması yaşandığından belə fikir formalaşıb ki, yenidən qalxma baş verəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edir ki, Xəzər dənizinin səviyyəsi keçmişdə dalğalanmalar yaşayıb və bəzən 20-ci əsrdə olduğundan daha əhəmiyyətli şəkildə qalxmalar olub. 1930-cu illərdən etibarən dəniz səviyyəsində aktiv azalma müşahidə olunur və 1977-ci ilə qədər dəniz səviyyəsi Baltik Hündürlük Sisteminə (BHS) görə -29 metrə qədər enərək 3 metr aşağı düşüb. 1978-1995-ci illərdə dəniz səviyyəsi yenidən qalxmağa başladı. Bu müddət ərzində o, 2,5 metr yüksəlib. Bu dövrdə səviyyənin orta artım sürəti ildə təxminən 14 sm, bəzi illərdə isə 36 sm-ə qədər idi.

Alimlər qeyd ediblər ki, 1996-2015-ci illərdə dəniz səviyyəsi yenidən ümumilikdə 1,5 m və ya hər il demək olar ki, 7 sm aşağı düşüb. Bu azalma son illərdə daha da güclənərək 2006-cı ildən 2021-ci ilə qədər 10 sm enməsinə, dəniz sahəsinin isə təxminən 15 min kvadratkilometr qurumasına səbəb olub. 2006-cı ildən 2020-ci ilə qədər dənizə ən az yağıntı düşüb və buxarlanma prosesləri daha intensiv olub. Bundan əlavə, Volqa çayı hövzəsində bir sıra aşağı su illərinə görə orta su axını da ən kiçik idi. Bu aşağı su səviyyəsinin əsas səbəbi bütün şimal yarımkürəsinə təsir edən qlobal istiləşmədir. Lakin Xəzərdə azalma ilə bağlı başqa versiyalar da var.

Rusiya Hidrometeorologiya Dövlət Universitetinin mütəxəssisi hesab edir ki, səviyyənin aşağı düşməsinin əsas səbəbi dəniz suyunun Xəzər dənizinin şərq sahillərində, Türkmənistanda yerləşən Qara-Boğaz-Göl körfəzinə axmasıdır. O hesab edir ki, dəniz səviyyəsinin aşağı düşməsində Qara-Boğaz-Gölün payı 72 faiz, buxarlanmanın payı isə 14 faiz, çay axınının payı isə 10 faiz təşkil edir.

1980-ci ilə qədər Xəzərin körfəzi olan duzlu göl onunla dar boğazla birləşir. 1980-ci ildə Qara-Boğaz-Gölü dənizdən ayıran bənd, 1984-cü ildə suötürücü tikilib, bundan sonra Qara-Boğaz-Gölün səviyyəsi bir neçə metr aşağı düşüb. 1992-ci ildə boğaz bərpa olundu, su Xəzər dənizindən onun vasitəsilə körfəzə axır və orada buxarlanır. Hər il dənizdən körfəzə 8-10 kub kilometr su (digər mənbələrə görə 25 kub kilometr) və 15 milyon tona yaxın duz axır.
Bəzi ekspertlər boğazda süni bənd tikməklə Qara-Boğaz-Gölün Xəzər dənizindən ayrılmasını, daha sonra dənizin su ehtiyatlarının 10-15 kub kilometr artacağını və bu da suyun səviyyəsinin aşağı düşmə sürətini azaldacağını təklif edirlər.

Dəniz səviyyəsinin aşağı düşməsi artıq gəmiçiliyə təsir edir. Keçən il Aktau dəniz ticarət limanının rəhbəri Abai Turikpenbayev demişdi ki, yükgötürmə qabiliyyəti 12 min ton olan neft tankerləri Mahaçqalaya yükləndikdə cəmi 7 min tona qədər və ya onların tutumunun cəmi 60 faizini götürə bilər. Bakıda gəmiləri yükləyən zaman 12 min ton tutumlu tanker 10 min və ya mövcud tutumun təxminən 80 faizini götürür. Xəzər dənizinin səviyyəsinin hər 10 sm azalması gəmilərin 150 tondan 200 tona qədər az yüklənməsinə səbəb olur.

Türkmənistanın Kurık limanının baş direktoru Serik Axmetov qeyd edib ki, Xəzər dənizinin dayazlaşması ilk növbədə yükləmə-boşaltma əməliyyatlarına mənfi təsir göstərib, eyni vaxtda emal olunan vaqonların sayı azalıb, bərələrə xidmət müddəti artıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəis müavini Tariel Mirzəyev məlumat verib ki, dəniz səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Bakı və Kurık limanları arasında dəmir yolu çənlərinin bərə daşınması müvafiq olaraq 22 faiz, vaqonlarda 10 faiz, Bakı ilə Türkmənbaşı arasında 37 faiz və 19 fazi azalıb. Bənzər bir vəziyyət quru yük gəmilərindədir. Əgər əvvəllər bir konteyner gəmisi 20 fut ekvivalentində 350 konteyner götürə bilirdisə, indi – maksimum 280 konteyner götürür. Dəniz səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Türkmənistanın sahilyanı Türkmənbaşı və Xəzər şəhərləri arasında bərə əlaqəsi bir il müddətinə dayandırılıb. Dəyişən su səviyyəsinin ekoloji nəticələri daşınmadakı çətinliklərdən daha dərin ola bilər. Xəzər dənizində suyun səviyyəsi ilə bağlı problemlər regionun ekosisteminə, o cümlədən balıq miqrasiyasına və digər bioloji proseslərə təsir göstərə bilər. Gələcək nəticələrin qarşısını almaq üçün təkcə liman infrastrukturunun fəaliyyətinin optimallaşdırılmasına yönəlmiş uyğunlaşma tədbirlərini hazırlamaq deyil, həm də uzunmüddətli perspektivdə riskləri azaltmaq üçün ekoloji vəziyyətin dəyişməsini fəal şəkildə izləmək lazımdır.

Alimlər göl səviyyələrində gələcək dəyişikliklər haqqında məlumatlılığı artırmaq, riskləri qiymətləndirmək üçün elmi proqramlar hazırlamaq və qərar qəbul etmək üçün təlimat vermək üçün qlobal kampaniyaya çağırırlar.

Qlobal miqyasda kontinental interyerlərdə göl və dəniz səviyyələrinin düşməsinin təsiri dəniz səviyyəsinin qalxması qədər dağıdıcı ola bilər və bütün dünyada milyonlarla insanın yaşayışını təhdid edə bilər. Xəzər dənizinin quruması bu problemin bariz nümunəsi ola bilər. Xəzər dənizinin uzunluğu şimaldan cənuba 1200 km, eni orta hesabla 320 km-dir. Sahəsi 386 min kv.km-dir. Cənuba doğru maksimum dərinlik dəniz səthindən cəmi 1000 m aşağıdadır. Sahəsi 99404 kv.km olan Şimali Xəzər dənizi ən dayaz hissədir, orta dərinliyi 4-8 m, Orta Xəzərlə sərhəddə maksimum dərinliyi 20 m-ə çatır.

Xəzər dənizinə 130 çay tökülür. Onların ən böyüyü Volqa, Terek, Sulak, Samur (Rusiya), Ural, Emba (Qazaxıstan), Kür (Azərbaycan), Atrek (Türkmənistan), Sefidrud (İran)dır. Müxtəlif hesablamalara görə, bütün çaylar hər il təxminən 355 kub kilometr şirin su verir. Eyni zamanda, Volqa təkcə dənizə axınların 63 faizini təşkil edir, daha 20 faizi Ural, Terek, Sulak və Embadan gəlir. Dənizdə təxminən 78,2 min kub kilometr su var. Dənizin şimal-şərqində Qazaxıstan, cənub-şərqdə Türkmənistan, cənubda İran, cənub-qərbdə Azərbaycan, şimal-qərbdə Rusiya yerləşir.

Elmi araşdırmalar göstərib ki, təxminən 11 milyon il əvvəl Xəzər Azov, Qara və Aralıq dənizləri vasitəsilə dünya okeanı ilə birləşib. Antropogen dəyişikliklər, xüsusən də geniş Volqa çayı sistemində bəndlərin, su anbarlarının və kanalların tikintisi nəticəsində baş verən dəyişikliklər mövcud hidroloji tarazlığa təsir göstərmişdir.

Aşağı Volqa Hövzəsi Su İdarəsinin (RF) məlumatına görə, Volqanın uzunluğu 3531 km-dir. O və onun su anbarları 2600 çay alır.

Volqanın əsas qolları Kama və Okadır. Ümumilikdə Volqa hövzəsində 800-dən çox böyük və kiçik su anbarı var, onlardan 13-ü böyükdür.

Xəzər dənizində 850-yə yaxın heyvan və 500-dən çox bitki növü yaşayır. Britannica-ya görə, növlərin sayı onun ölçüsündə bir su hövzəsi üçün nisbətən az olsa da, bir çoxu endemikdir.

Son 18 ildə Xəzərdə suyun səviyyəsi iki metr aşağı düşüb. 2005-2023-cü illər arasında dənizin səthi 30 min kvadrat kilometrdən çox azalıb.

Bəzi mənbələrə görə, 20-ci əsrin əvvəllərində Xəzər suitilərinin sayı 1,2 milyon fərd olaraq təxmin edilirdi. Qazaxıstan Balıqçılıq Komitəsinin məlumatına əsasən, 2022-ci ildə aparılan araşdırmaların nəticələrinə görə, suitilərin sayı 311 min fərdə qədər azalıbb. Digər mənbələr Xəzərdə yalnız 70 min suiti qaldığını göstərir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

“Zeyd” restoranı Eldar Əzizovu yalançı çıxartdı: Bakı Şəhər İcra Hakimiyyətinin şousu – FOTOLAR

Növbəti Yazı

ERMƏNİ MÜXALİFƏTİ “SİQNAL” GÖZLƏYİR?

EKSKLUZİV

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

14 İyun 2026 / 10:29
4
“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

14 İyun 2026 / 9:44
2
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
1
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

12 İyun 2026 / 9:54
2

XƏBƏR LENTİ

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.