Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Əhmədzadənin həbsinin şok pərdəarxası – Enerji sektorundakı Rusiya “şəbəkəsinin” ifşası ilə hansı mesajlar veriləcək?

Sentyabr 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Rusiyanın toruna düşmüş başqa “balıqların” da ifşası və həbsi gözlənilir

İsmayıl İsmayılbəyli“AzPolitika.info”-nun baş redaktor müavini

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ona qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ittihamları irəli sürülüb.

“AzPolitika”  xəbər verir ki, məhkəmədə elan olunan  ittihamlara görə, Əhmədzadənin fəaliyyəti Azərbaycanın maliyyə maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkənin iqtisadi sabitliyini də hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişini təmin etmək üçün atılmış zəruri addım kimi qiymətləndirilir.

Neft qalmaqalı və beynəlxalq rezonans

Mətbuatda yayılan məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

“Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib. Hökumət dairələrindən verilən informasiyaya görə, bu həbslə yanaşı, Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və sui-istifadə hallarına qarşı mübarizə gücləndirilir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur”, – deyə musavat. com bildirilib.

 

 

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə – xlorid aşkarlanmışdı. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan bu maddəyə görə bir müddət Ceyhan limanından ixrac dayandırılmışdı. “BP-Azərbaycan” həmin iddiaları təkzib etsə də, Rumıniya mətbuatı yerli hüquq-mühafizə orqanlarına istinad edərək, neftə xloridin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığı barədə məlumat yaymışdı. Rusiya tərəfi bu iddialarla bağlı heç bir açıqlama verməmişdi.

Dünya mətbuatında yayılan şərhlərə görə, məqsəd həm Azərbaycana maddi zərər vurmaq, həm də tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirmək olub. Həmin vaxt BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də müvəqqəti dayandırılmış, yalnız ötən həftə bərpa olunmuşdu.

İndi isə Adnan Əhmədzadənin məhz bu prosesdə iştirak etməsi və “Azeri Light” neftini digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması, həmin vaxtdan bəri şübhə doğuran məqamları daha da gücləndirib.

 


 

Adnan Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələri olub?

Qeyd edək ki, İstintaq materiallarına dair yayılan iddialarda ən sensasion məqam təbii ki, Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması ehtimalıdır.  Hətta onun Azərbaycanın bəzi vəzifəli məmurları ilə Rusiya xüsusi xidmət orqanları arasında vasitəçi rolunu oynadığı, gizli məlumatların ötürülməsində iştirak etdiyinə dair də iddialar yayılıb.

Bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Ancaq iddialara əsasən, məhz bu fəaliyyət ifşa olunduqdan sonra təkcə Əhmədzadə deyil, onunla əlaqəli bəzi digər məmurlar da saxlanılıb. Onların adlarının da yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Əgər bu faktlar rəsmi təsdiqini tapsa, Əhmədzadəyə qarşı təkcə iqtisadi cinayətkar kimi deyil, həm də vətənə xəyanət ittihamı ilə hökm çıxarılması gündəmə gələ bilər.

 

 

Enerji sektorunda təmizlənmə: xarici təsirlərin ifşası və bəzi güc mərkəzlərinin çöküşü

Hadisə təkcə bir şəxsin həbsi ilə məhdudlaşmır. Hökumət dəhlizlərində  bu prosesi ölkənin enerji sektorunda aparılan şəffaflıq və təmizlənmə kampaniyasının bir hissəsi kimi təqdim edirlər. Çünki son illər Azərbaycanın beynəlxalq enerji bazarındakı etibarı həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan nefti təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də geosiyasi təsir aləti kimi mühüm rol oynayır. Bu səbəbdən də enerji sektorunda baş verən hər hansı korrupsiya, sui-istifadə və ya təxribat faktı ölkənin beynəlxalq mövqelərinə birbaşa təsir göstərir.

Əhmədzadənin həbsi həm də Azərbaycan-Rusiya münasibətlərinin fonunda diqqətlə izlənilir. Çünki ittihamların mərkəzində Moskvanın xüsusi xidmət orqanlarının izi dayanır.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes dairələri ilə əlaqələr qurub. Onun dəbdəbəli həyat tərzi, şou-biznes və idman aləmi ilə sıx münasibətləri dəfələrlə medianın gündəminə çıxıb.

 

 

Lakin bu dəfə ictimaiyyət onun adını tam fərqli kontekstdə eşidir. Artıq söhbət bahalı tədbirlərdən və şəxsi imicdən yox, dövlətin iqtisadi təhlükəsizliyinə qarşı təxribat və xəyanət ehtimalından gedir.

Adnan Əhmədzadənin həbsi Azərbaycanın enerji sektorunda uzun illərdən bəri yığılıb qalan problemlərin, eyni zamanda xarici təsirlərin yeni mərhələdə ifşası kimi də qiymətləndirilə bilər. Bu hadisə həm daxili korrupsiya ilə mübarizə, həm də xarici təhlükələrin neytrallaşdırılması baxımından mühüm siqnal olacaq.

Növbəti günlərdə açıqlanacaq yeni faktlar bu qalmaqalın hüdudlarını daha da genişləndirə bilər. Əgər Rusiya kəşfiyyatı ilə əlaqələr rəsmi şəkildə sübuta yetirilərsə, bu, təkcə bir iş adamının deyil, Azərbaycanın enerji sektorunda illərlə möhkəmlənmiş bəzi güc mərkəzlərinin də çöküşünü sürətləndirə bilər.

Rəsmi Bakı hansı mesajları verəcək?

Eyni zamanda, Adnan Əhmədzadənin həbsi həm də regional geosiyasi oyunların bir fraqmenti kimi qiymətləndirilə bilər. Hadisənin mümkün nəticələri bir neçə istiqamətdə özünü göstərə bilər.

 


 

 

Əvvəla, rəsmi Bakı enerji bazarındakı etibarlı partnyor imicini bir daha təsdiqləmiş olacaq. Azərbaycan uzun illərdir Avropanın mühüm enerji tərəfdaşıdır. “Azeri Light” neftinin keyfiyyətinə dair şübhələr və təxribat iddiaları beynəlxalq bazarlarda ölkəyə inamı zəiflədə bilərdi. Lakin hökumətin sərt addımlar atması və bu məsələdə rolu olan məsul şəxsləri ifşa etməsi, əksinə, tərəfdaşlara Azərbaycanın şəffaflıq və etibarlılıq siyasətinə sadiqliyini göstərmək imkanı yaradır.

İkincisi, ittihamlarda Moskvanın xüsusi xidmət orqanlarının adının hallanması, Azərbaycan-Rusiya münasibətlərini yeni gərginlik mərhələsinə daşıya bilər. Əgər ittihamlar sübut olunarsa, bu, Kremlin regiondakı nüfuzuna ciddi zərbə olacaq. eyni zamanda Azərbaycanın istənilən məsələdə kənar müdaxiləri neytrallaşdırmaq qüdrətində olduğunu göstərəcək.

Üşüncüsü, Əhmədzadə və onunla birgə hərəkət edən dəstənin ifşası fonunda Azərbaycan Avropa ölkələrinə və beynəlxalq enerji şirkətlərinə  “təhlükəsizlik və etibarlılıq” mesajı verməyə çalışacaq. Bu, Qərblə əməkdaşlığı dərinləşdirə, xüsusilə də enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunu gücləndirə bilər.

Dördüncüsü, əgər istintaq nəticəsində digər yüksək vəzifəli şəxslərin də məsuliyyəti üzə çıxarsa, bu, daxili siyasi mühitdə kadr dəyişiklikləri və yeni anti-korrupsiya dalğası ilə nəticələnə bilər. Rəsmi Bakı bununla bir daha heç kimin toxunulmaz olmadığı, dövlətə xəyanət edənlərin kimlərə və haralara bağlı olmasından asılı olmayaraq həbsdən yaxa qurtara bilməyəcəyi mesajını verə bilər.

Hər halda müxtəlif mənbələrin yaydığı məlumatlar yaxın günlərdə Rusiyanın toruna düşmüş başqa  “balıqların” ifşasını və həbsini də gözləməyə əsas verir. Gözləyək! 

Əvvəlki Yazı

Şimali Koreya məxfi silah əldə edib – Kim Çen In

Növbəti Yazı

Türkiyə rəsmən nüvə dövləti olur: “İslam ölkələri NATO-su” qurulur?

EKSKLUZİV

Hazırlıqlar davam edir

Hazırlıqlar davam edir

15 Yanvar 2026 / 12:02
51
165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

15 Yanvar 2026 / 11:11
8
AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

14 Yanvar 2026 / 20:57
5

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

14 Yanvar 2026 / 16:12
3

XƏBƏR LENTİ

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.