Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Ramiz Mehdiyev və arvadı ermənidir? – NƏSİL ŞƏCƏRƏSİ AÇIQLANDI

Noyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Araşdırmaçı jurnalist Fərəməz Novruzoğlu Prezident Adminstrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin nəsil şəcərəsini araşdırıb. Ramiz Mehdiyevin həmkəndlisi olan tanınmış jurnalist iddiaların əksinə Ramiz Mehdiyevin və yoldaşının erməni olmadığını iddia edib. Maraqlı olacağını nəzərə alaraq həmin yazını ixtisarla təqdim edirik:

Ramiz Mehdiyev kimdir, əsli, nəcabəti hara bağlıdır, doğrudanmı o, etnik mənşəcə ermənidir? Son bir həftədə bu sualları demək olar ki, hər gün eşidirəm. Çünki mövzuya maraq göstərən əksəriyyət Ramiz Mehdiyevlə eyni kənddən olduğumuzu bilir və elə bu səbəblə də həqiqəti ilkin qaynaqdan öyrənməyi düşünürlər.  Digər bir səbəb isə Mehdiyev mövzusu ilə bağlı yazılarımdan qaynaqlanır. Hesab edirəm ki, ictimaiyyət üçün aktual olan məsələyə – Mehdiyev cənablarının etnik kimliyinə aydınlıq gətirmək həm siyasi tariximiz baxımından əhəmiyyətlidir, həm də fikri haçalanmış insanlara əsil həqiqəti çatdırmaqla onları rahatlata bilərik. Beləliklə, Ramiz Mehdiyevin etnik mənşəyi ilə bağlı bildiyim və həqiqəti əks etdirən faktları sayğıdəyər oxucularımın da diqqətinə çatdırıram…

İlk öncə Ramiz Mehdiyevin xanımı haqqında… O, əsla erməni deyildir, menqrel gürcülərindəndir, ən azından rəsmi mənbələr bunu təsdiq edir. Hətta bildiyim qədərilə Qalina Mehdiyeva gürcü knyazları nəslindəndir.

Ramiz Mehdiyevin anası haqqında… Bəlkə də ictimai-siyasi çevrələrdə bir nəfər belə olsun, onun adını bilmir. Ramiz Mehdiyevin anasının adı Gövhərdir. Əslən Naxçıvan şəhərindəndir.  1930-cu illərdə hər yerdə olduğu kimi Şərurda, eləcə də bizim kənddə kolxoz quruluşuna keçildi. Kollektivləşmənin tələblərindən biri də o idi ki, hamı, hətta körpə uşaq sahibi qadın vətəndaşlar səhərdən-axşama kolxoz tarlalarında ketmən vurmalıdır. Bəs gənc anaların uşaqlarına kim baxsın? Kommunist rejimi problemi həll etmək üçün bir neçə kəndin birləşdiyi kolxozun mərkəzi mülkündə uşaq bağçaları təşkil edirdilər. Qarxun kəndində də uşaq bağçası təşkil edilir. Kənddə oxumuş qadın olmadığı üçün baxçanı idarə edəcək müdirə Naxçıvan şəhərindən gətirilir.  Həmin qadın Ramiz Mehdiyevin anası Gövhər xanım olur. Və bu yolla o xanım Ənvər Mehdiyevlə tanış olub evlənir, onların izdivacından doğan uşaq Ramiz Mehdiyev olur.

Ramiz Mehdiyevin atası Ənvər Mehdiyev isə köklü qarxunludur, onların bizə məlum olan 300 illik nəsli Qarxun kəndinin yerli sakinləridir. Qarxun kəndi haqqında qısa məlumat   Qarxunlular qədim “qara hun” və oğuzların “karkın” tayfalarının varisləridirlər, xalis və tər-təmiz türk kökənli tayfalardır. Doğrudur, bu kənddə bir əlin barmağının sayını keçməyəcək qədər, ən çoxu 4-5 ailə var ki, kürd kökənlidir, amma onlar o kəndə çox sonralar gəliblər. Yerli qarxunlular hamısı, istisnasız olaraq, xalis türk kökənlidirlər.  Ramiz Mehdiyevin ulu əcdadları Qarxun kəndinin sakinləri olub. Şərur mahalının 1831 və 1843-cü illər, eləcə də Şərur-Dərələyəz mahalının 1873-cü il kameral təsvirlərindən onun 9-cu qurşaqdan ulu əcdadını müəyyən etmək olur. 1831-ci il kameral təsvirindən görürük ki, o tarixdə bizim kəndimizdə 28 ailədə birləşən 148 sakin olub. Həmin 28 ailənin dördü mənim ulu babam Molla Cəfər və onun dörd oğlunun ailələridir. İki ailə isə Ramiz müəllimin ulu əcdadları ilə bağlıdır: – Kərbəlayı İbrahim; – Kərbəlayı Məmmədvəli.  Bizi maraqlandıran ikinci oğuldur – Məmmədvəli, çünki Ramiz Mehdiyev o xətdən gəlir. 1831-ci ildə Məmmədvəlinin 70 yaşı olub, yəni hardasa 1760-cı illərdə anadan olub. Bu hesabla kameral təsvirdə Məmmədvəlinin atası kimi adı keçən Mehdixanı 1730 təvəllüd göstərə bilərik. Beləliklə, Mehdiyevin ulu əcdadlarının 300 illik tarixi bizə məlum olur. Kameral təsvir materiallarına əsaslanaraq, Ramiz müəllimin Mehdixan və Kərbəlayı Məmmədvəlidən sonrakı nəsil şəcərəsi belə davam edir: – Məmmədvəlinin iki oğlu olub: Bayram Yüzbaşı və Məhəmməd Sultan;  – Bayram Yüzbaşının İsmayıl, Sadıx, Sail və Abbas Qulu adlı 4 oğlu olub. Abbasquludan Abbasovlar tayfası törəyib, bu gün də çox böyük tayfadır və sonradan Ramiz Mehdiyevə gələn xətdən qız almaqla qohumluq əlaqələrini təzələyiblər; – Məmmədvəlinin digər oğlu Məhəmməd Sultanın 3 oğlu olub: Şirəli, Nəcəfqulu və Hüseynqulu; – Hüseynqulu 1829-cu ildə anadan olub, çünki kameral təsvir tərtib olunanda iki yaşında imiş. Onun oğlu Mehdi (soyadları burdan gəlir) Mehdinin oğlu Hüseynquludur. Hüseynqulunun 3 oğlu, Çiçək adlı bir də qızı var. Çiçək nəslin digər qanadı olan Abbasovlardan biri ilə evlənir, 4 oğlu olur – Abbas, Maqsud, Hüseyn və Əli. Təkcə Abbasın 8 oğlu var – Əsəd, Aydın, Qorxmaz, Oktay, Hafiz, Firuz, Səfər və Nizam. Digər qardaşların da hər birinin 5-6 oğlu var, onların hər birinin övladları, nəvələri var. Çiçəyin böyük qardaşı Həsənin 3 oğlu var: – Hüseynqulu, Xanlar və Arif. Hüseynqulunun da 3 oğlu var: Telman, Nəriman və Mərdan. Xanlar və Arifin də oğul övladları var.  Ramiz Mehdiyevin doğmaca əmisi oğlanları olan bu üç qardaş – Hüseynqulu, Xanlar və Arif mənim müəllimim olublar. Hüseynqulunun oğlu Nəriman isə sinif yoldaşım olub, eyni parta arxasında oturmuşuq.  Həsənin digər iki qardaşı Ənvər və Cümşüddür. Ənvər Mehdiyev Ramiz Mehdiyevin atasıdır.

Əvvəlki Yazı

Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

Növbəti Yazı

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

EKSKLUZİV

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

02 Mart 2026 / 10:10
0
SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

02 Mart 2026 / 10:09
0
Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5

XƏBƏR LENTİ

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.