Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Əbülfəz Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

Dekabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin hazırda dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yaxın əlaqələri üzə çıxdıqdan sonra onun korrupsiya hesabına əldə etdiyi sərvəti də medianın gündəminə gəlib. Hökumətə yaxın mətbuat keçmiş naziri dövlət vəsaitlərini talamaqdan tutmuş Azərbaycan mədəniyyətinin nadir incilərini qaçaqmalçılıq yolu ilə xaricə çıxarmasına qədər müxtəlif cinayətlərdə ittiham edib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə Əbülfəs Qarayevin mənbəyi məlum olmayan (əslində hamıya məlum olan – red.) pullar hesabına xarici ölkələrdə böyük biznes qurduğunu iddia edir.

Onun araşdırmasında belə məlum olur ki, Qarayev “halal” yolla əldə etdiyi milyonların əhəmiyyətli hissəsini məhz xidmət etdiyi Rusiyanın iqtisadiyyatına yatırıb.

Xatırladaq ki, keçmiş nazirə ünvanlanan ittihamlardan biri də Bakıdakı bağ evində Ramiz Mehdiyevlə birlikdə Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli zabitlərinə ziyafət verməsi, onları əyləndirməsi dayanır… Necə deyərlər, əl-əli yuyar…

C. Həsənli “Facebook” hesabında xatırladır ki, keçmiş nazirin keçmiş deputat, yazıçı Hüseynbala Mirələmovla birgə Panamada “RIMBA SA” şirkətinə, Xorvatiyada “Amfiteatr” otelinə sahib olduğu, mədəni talançılıq hesabına dövlətin pullarının vəhşicəsinə mənimsənildiyi haqqında hələ illər əvvəl yazıb.

Araşdırmalardan belə məlum olur ki, Əbülfəs Qarayev 15 ilə yaxındır ki, sərvətini Rusiyaya daşımağa başlayıb. Onun Moskvada biznes qurmasının, hətta dəniz məhsulları — balıq, molyusk da satan şirkətlər təsis etməsinin arxasında da heç şübhəsiz bu amil dayanıb — buradan Moskvaya daşıdığı sərvəti orada qazanmış kimi göstərmək.

Araşdırmaçı jurnalist onun xaricdəki, o cümlədən Moskvadakı biznesinin bir hissəsinin siyahısını da verib:

“Moskvada Qarayevin “LEON BABY” və “MYASNAYA GARANT” kimi ticarət markaları var… Azərbaycanın mədəniyyət naziri Moskvada təkcə balıq, molyusk, toyuq-cücə deyil, həm də neft və qaz məhsulları satırmış.

Həm də məhz nazir olduğu illərdə:

-2004-cü ilin fevralında Panamada “RIMBA SA” şirkətini təsis edib;

-2008-ci ildə Xorvatiyada “LK D.O.O. (LTD)” şirkətini həyat yoldaşının adına təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan “Amfiteatr” otelini alıb;

-2010-cu ildə həyat yoldaşı Lalə Kazımovanın adına “KL BODRUM EMLAK TİCARET VE SANAYİ LİMİTED” şirkətini təsis edib;

-28 iyul 2010-cu ildə Moskvada “ÇƏHRAYI SKUNKS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (ООО “Розовый Скунс”) təsisçisi kimi qeydiyyatdan keçib;

-17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb (qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət);

-7 aprel 2014-cü ildə Moskvada “GALS MMC”-nin (ООО “ГАЛС”) rəhbəri olub;

-12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

-23.06.2017-ci ildə Moskvada “GZK OIL” MMC-ni (ООО “ГЗК ОЙЛ”) təsis edib;

-18 may 2023-cü ildə “ÇE CORPORATION” MMC-nin təsisçisi (ООО “КОРПОРАЦИЯ ЧЕ”) kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu “GALS” və “ÇƏHRAYI SKUNKS” MMC-lər iştirak edib”.

İndi mənzərə daha aydın görünür: Ə. Qarayev niyə 44 günlük müharibənin başlamasına bir neçə ay qalmış vəzifədən qovulur, daha əvvəl Mədəniyyət Nazirliyində baş verən böyük korrupsiya faktları və cinayətlər ifşa edilir, həbslər aparılır. Ancaq qaranlıq işlərinə və həbs olunanların ifadələrinə rəğmən Qarayev məsuliyyətdən kənarda qalır, heç məhkəmələrə şahid qismində belə çağırılmır. Çünki Ramiz Mehdiyevin “bədheybət qanadları” onu qoruyub. İndi isə bu qanadlar yoxdur, Ə. Qarayevin törətdiyi əməllərə görə cavab verməsinə artıq heç bir maneə qalmayıb… Cavab verəcəkmi?!

Azpolitika.info

Əvvəlki Yazı

8 min manatlıq müavinət kimlərə veriləcək?

Növbəti Yazı

Tramp İlham Əliyevə təşəkkür etdi

EKSKLUZİV

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

23 Yanvar 2026 / 21:30
1
Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

22 Yanvar 2026 / 14:37
5
YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

22 Yanvar 2026 / 12:39
2
Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

21 Yanvar 2026 / 17:44
2

XƏBƏR LENTİ

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovun Mühüd Orucov haqqında xatirələri

Vəhdət Partiyası 20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirdi – Tədbirdə təsirli anlar yaşandı

İcra başçısı qazinin müalicəsini nəzarətə götürüb

Nazir qazaxlıları təbrik etdi

Nazir Qazaxlıları təbrik etdi

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib

Rieltorlar Assosiasiyası yığıncaq keçirəcək

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

Çingiz Abdullayevin qanunsuz kürsü sahibliyi…

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.