Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Bakının Brüsseldən sərt tələbi

Dekabr 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya və 8 avqustda paraflanmış sülh sənədinə uyğun şəkildə davam edən münasibətlər, görünür, bir sıra beynəlxalq qurumları narahat edir. Hər halda, Avropa İttifaqının son mövqeyi belə bir qənaətə gəlmək üçün kifayət qədər əsaslar yaradır.

Dekabrın 2-də Brüsseldə Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədin rəsmi Bakı tərəfindən sərt etirazla qarşılanması da təbiidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, sözügedən sənəddə postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur. Qeyd edilib ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir: “Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir. Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur”.

XİN-in bəyanatında o da qeyd edilib ki, Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır: “Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ-Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətlə bağlı ciddi suallar yaradır. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir”.

Rəsmi Bakının etirazında daha sonra bildirilib ki, Aİ-Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur: “Bu hal, Ermənistanın Vaşinqtonda baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstək barədə suallar yaradır. Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir”.

Xatırladılıb ki, prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət edir: “Yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq”.

Musavat.com

Əvvəlki Yazı

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Növbəti Yazı

Bankların yeni kələyi – əhalini belə soyurlar

EKSKLUZİV

Moskva Domodedovo Hava Limanında 40 İsrailli Saxlanıldı: Detallar Açıqlandı

21 Aprel 2026 / 3:17
1

Yaponiyada İnqilabi Addım: Evlər Artıq Öz Suyunu İstehsal Edəcək

21 Aprel 2026 / 2:17
1

Superliqanın 30-cu turu başa çatdı: Çempionluq yarışı qızışır

21 Aprel 2026 / 2:17
1

Havana ABŞ nümayəndə heyəti ilə görüşü təsdiqlədi: Münasibətlərdə yeni mərhələ?

21 Aprel 2026 / 2:17
1

XƏBƏR LENTİ

Moskva Domodedovo Hava Limanında 40 İsrailli Saxlanıldı: Detallar Açıqlandı

Yaponiyada İnqilabi Addım: Evlər Artıq Öz Suyunu İstehsal Edəcək

Superliqanın 30-cu turu başa çatdı: Çempionluq yarışı qızışır

Havana ABŞ nümayəndə heyəti ilə görüşü təsdiqlədi: Münasibətlərdə yeni mərhələ?

Avropa Çempionatı: Üç Azərbaycan Güləşçisi Bürünc Medal Uğrunda Mübarizə Aparacaq

“Xankəndi” – “Dinamo” Matçında Gərgin Mübarizə və Üç Qol

Azərbaycan Kubokunda İlk Finalçı Müəyyənləşdi: Həlledici Addım Atıldı!

ABŞ Prezidenti İrana Sərt Mesaj Verdi: Blokada Yalnız Razılaşmadan Sonra Ləğv Ediləcək

İran ABŞ-ın Təhdidlərlə Diplomatik Prosesi Pozduğunu Bildirdi

Trampdan İrana MESAJ: “Yeni nüvə razılaşması əvvəlkindən ÜSTÜN OLACAQ!”

Əraqçi ABŞ-ı ittiham edir: Təhdidlər danışıqlar prosesini pozur

Aİ Ukraynaya “Simvolik Üzvlük” Təklifini Dəyərləndirir: Kiyevə Dəstək Yeni Mərhələdə?

Pentaqon təsdiqlədi: İrana qarşı əməliyyatlarda 415 ABŞ hərbçisi yaralanıb

ABŞ açıqladı: Hörmüz boğazında İrana gedən 27 gəmi geri qaytarıldı

Pezeşkiyan ABŞ-a Xəbərdarlıq Etdi: “İran Xalqı Zorakılığa Boyun Əyməyəcək”

Avropanın Məğlubiyyətsiz Yeganə Komandası: Tarixi Uğur!

Azərbaycanda mühüm bir stadion hərraca çıxarılır: İdman gələcəyi təhlükədə?

Elm Dünyasını Heyrətləndirən Kəşf: Yerin Dərinliklərindən Mikroblar Səthə Yüksəlir

Prezident Zelenski Kiyev rəhbərliyini sərt tənqid etdi: Şəhərin müdafiəsi və idarəçiliyi gündəmdə

3 aylıq qolsuzluqdan sonra gərginlik pikə çatdı: Futbolçu azarkeşlə mübahisə etdi

PSJ-nin Avropa Məyusluğu: Klub Tarixində Yeni Antirekord

“Benfika” Avropanın Məğlubiyyətsiz Yeganə Komandasıdır: Tarixi Seriya Davam Edir

Macarıstan Zelenskidən ‘Drujba’ neft kəmərinin bərpasını tələb edir: Enerji böhranı dərinləşir

Trampın bəyanatları müharibə təhlükəsini artırır: Atəşkəs bitirmi?

70 kq qızılla yaxalanan polkovnik-leytenanta 7 il həbs tələbi

Karib dənizindəki 20 milyard dollarlıq qızıl gəmi: Robotlar sirri açır!

Ukrayna Siyasətində Gərginlik: Daxili İşlər Nazirinin İsteafası Gündəmdədir

Fuad Nəcəfli Baş Prokurorluqda: 10 Milyonluq Yeyinti İşi Ətrafında Gərginlik

Qonşu Mübahisəsi 14 Metrlik Divara Çevrildi: Braziliyadan Təəccübləndirən Hadisə

Çempionatda Şok Qərar: Matç Ləğv Edildi!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.