Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

Dekabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Xəbər verdiyimiz kimi, prezident Volodimir Zelenski Ukrayna müharibəsinin dayandırılması və müharibədən sonrakı dövr üçün 20 bəndlik sülh planı təqdim edib. Plan Ukraynanın suverenliyinin tanınması, tam atəşkəs, Rusiya ilə qarşılıqlı hücum etməmək öhdəliyi və təmas xəttinə beynəlxalq nəzarəti nəzərdə tutur.

Sənəddə ABŞ, NATO və Avropanın Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verməsi əsas yer tutur. Ukrayna sülh dövründə də böyük ordu saxlayacaq, nüvəsiz statusunu qoruyacaq və Aİ-yə üzvlük perspektivini rəsmiləşdirməyə çalışacaq.

Planın ən çətin hissəsi ərazi məsələsidir. Müxtəlif kompromis variantları – bəzi bölgələrdən Rusiyanın çıxması, digər ərazilərdə status-kvonun saxlanması və ya referendum yolu ilə azad iqtisadi zona yaradılması müzakirə olunur. Bundan başqa, əsirlərin tam mübadiləsi, Qara dəniz və Dneprdən sərbəst istifadə, Ukraynanın bərpası üçün iri maliyyə paketləri planlaşdırılır.

Razılaşma hüquqi baxımdan məcburi olmalı, icrasına beynəlxalq nəzarət mexanizmi tətbiq edilməli və tərəflərin razılığı ilə tam atəşkəs dərhal qüvvəyə minməlidir.

Bəs bu sülh planı real razılaşma üçün zəmin yaradır, yoxsa siyasi mövqe nümayişidir? Ərazi ilə bağlı kompromislər müharibəni dayandırsa da, gələcək risklər yaradırmı? Ümumiyyətlə, bu plan münaqişənin həlli, yoxsa dondurulması deməkdir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, hazırda masada olan sülh planını, bütün ağır və Ukrayna üçün son dərəcə ağrılı şərtlərə baxmayaraq, tam qəbuledilən və ya Ukraynanın maraqlarına uyğun sənəd kimi qiymətləndirmək çətindir:

“Bununla belə, mövcud hərbi-siyasi reallıqlar fonunda bu plan Kiyevin məcbur qaldığı ən son kompromis həddi kimi dəyərləndirilə bilər. Plan Ukraynanın əsas strateji hədəflərindən biri olan NATO üzvlüyünü təmin etmir. Bu, şübhəsiz ki, Kiyev üçün ciddi itki və geri addımdır. Lakin bunun əvəzində Ukraynaya təhlükəsizlik təminatları verilməsi nəzərdə tutulur. Yəni, formal NATO üzvlüyü olmasa da, Qərb ölkələrinin, xüsusilə ABŞ və Avropanın Ukraynanın təhlükəsizliyinə faktiki zəmanət verməsi mexanizmi ortaya qoyulur. Bu isə siyasi baxımdan NATO üzvlüyünə alternativ kimi təqdim edilir”.

Politoloqun fikrincə, ərazi məsələsində də plan son dərəcə ağrılı kompromisləri ehtiva edir:

“Ukrayna Donbasın hazırda öz nəzarətində olan hissələrindən çıxmır, lakin eyni zamanda əsas güzəşt ondan ibarətdir ki, Rusiya qoşunları hazırda harada yerləşibsə, faktiki olaraq orada qalır. Bu isə o deməkdir ki, hüquqi baxımdan Ukraynanın ərazi bütövlüyü pozulmuş sayılmır, işğal beynəlxalq səviyyədə tanınmır, lakin reallıqla barışaraq Kiyev faktiki nəzarəti bərpa edə bilməyəcəyini qəbul etmiş olur. Yəni, Ukrayna hüquqi mövqeyindən geri çəkilməsə də, praktik müstəvidə işğal olunmuş ərazilərin yaxın perspektivdə geri qaytarılmasının mümkün olmadığını dolayısı ilə qəbul edir.

Bu, şübhəsiz ki, Ukraynanın gedə biləcəyi ən böyük və ən ağır güzəştlər paketidir. Məhz bu səbəbdən də sözügedən sənəd əvvəlki 28 maddəlik planın ixtisar olunmuş və daha realist variantı kimi təqdim olunur. Vaşinqtonun bu maddələrə prinsipial etiraz edəcəyi ehtimalı yüksək görünmür. Əksinə, ABŞ üçün əsas məsələ münaqişənin idarəolunan məcraya salınması və eskalasiyanın qarşısının alınmasıdır ki, bu plan da həmin məqsədə xidmət edir”.

Elxan Şahinoğlu vurğulayıb ki, indi əsas və həlledici məsələ Rusiyanın bu təkliflərə razı salınıb-salınmayacağıdır:

“Çünki prosesin indiki mərhələsində mənzərə belədir: Ukrayna ağır şərtlərə baxmayaraq razılıq verir, Avropa ölkələri bu planı qəbul edir, böyük ehtimalla ABŞ da artıq bu çərçivə ilə barışıb və təkliflər faktiki olaraq Rusiya tərəfinə təqdim olunub. Bunu təsdiqləyən mühüm detal da var: Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin son günlər ABŞ-a səfəri.

Məlumatlara görə, məhz bu səfər zamanı sözügedən plan Rusiya tərəfinə çatdırılıb. İndi isə top birbaşa Vladimir Putinin meydanındadır və yekun qərarı ondan gözləmək lazım gələcək. Lakin Putinin bu planla razılaşacağını indidən söyləmək son dərəcə çətindir. Çünki Rusiya tərəfi hələ də Donbasın tam şəkildə Rusiyanın nəzarətinə keçməsini tələb edir. Bu isə Ukrayna üçün qırmızı xətdir. Belə bir şərtə nə Prezident Zelenski gedər, nə də Ukrayna cəmiyyəti bunu qəbul edər. Donbasın tam itirilməsi Kiyev üçün həm siyasi, həm də psixoloji baxımdan kapitulyasiya anlamına gəlir. Bu baxımdan, Rusiya Donbasla bağlı maksimalist tələblərindən geri çəkilmədiyi müddətcə, Moskvanın bu sülh planını qəbul edəcəyini söyləmək real və praqmatik yanaşma olmaz. Əksinə, proses hələ uzun müddət qeyri-müəyyənlik içində qala bilər və məhz bu məqam sülh perspektivinin ən zəif nöqtəsi olaraq qalır”.

Əvvəlki Yazı

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

Növbəti Yazı

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

EKSKLUZİV

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 / 12:00
0
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

02 Oktyabr 2026 / 10:00
0
İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

01 Oktyabr 2026 / 21:33
1
“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

01 Oktyabr 2026 / 16:18
2

XƏBƏR LENTİ

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Prezident forum iştirakçılarına müraciət ünvanladı

“TikTok” Azərbaycanda vergi uçotuna alındı

Bakıda AQEM Media Forumu keçirilir

Prezident İlham Əliyev Çin liderini təbrik edib

Qazaxda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Bakıda CAMCA Regional Forum 2026 keçirilir

Azərbaycan nefti bahalaşıb

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in Qazax korpusunun tələbələri və rayonda peşə siniflərində təhsil alan şagirdlərlə görüş keçirilib

İcra başçısı rayonun Ağköynək kəndində və şəhərdə bir qrup vətəndaşın müraciətini dinləyib

Rəqəmsal Məcəllə hazırlanacaq

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.