Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda aparılan abadlıq işləri – FOTOLARDA

İyul 10, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında, ölkə rəhbərinin göstərdiyi qayğı sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur ki, bu, paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdirilməsi deməkdir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması, Aslan Kəmərli küçəsində yeni səkilərin salınması, şəhərin Heydər Əliyev prospektində və küçələrdə müasir işıqlandırma sisteminin quraşdırılması, səkilərin kənarına məhəcərlərin vurulması söylədiklərimizin əyani sübutudur.

Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 150-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb. Cari ildə Nəriman Nərimanov yaşayış massivində yerləşən 50 və 51 saylı çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsi, hazırda şəhərin Heydər Əliyev prospekti 109, Şamoy Çobanov 8, Şəhidlər Xiyabanı 23 ünvanında yerləşən birmərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi dediklərimizin bariz nümunəsdir.

Qazaxda abadlıq və quruculuq işləri aparılan daha bir ünvan isə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın qarşısıdır. Belə ki, parkın giriş hissəsi yenidən qurulub. Sözügedən əraziyə tamet döşənib, bardür düzülüb. Parkın girişində olan sütunların üzəri yenidən abadlaşdırılaraq müasir və göz oxşayan formada yığılıb. Əraziyə müasir oturacaqlar və zibil qabları qoyulub, Müasir işıqlandırma sistemi quraşdırılıb. Gül kolları əkilib, yaşıllıq salınıb. Bir sözlə, sözügedən ərazi abadlaşdırılaraq rayon sakinlərinin istifadəsinə verilib. Gündüz olduğu kimi, gecə də göz oxşayan həmin ərazi bu gün sakinlərin ən sevimli məkanına çevrilib.

Qazaxlılar, rayon sakinləri son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır, bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Əvvəlki Yazı

Avropa Liqası: Bu gün 8 oyun keçiriləcək

Növbəti Yazı

Lavrov və Rubionun görüşü başladı

EKSKLUZİV

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

13 İyun 2026 / 9:21
1
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

12 İyun 2026 / 9:54
1
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 2026 / 11:42
21
“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

10 İyun 2026 / 18:30
9

XƏBƏR LENTİ

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.