Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Noyabr 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Ana Vətən Partiyasının növbədənkənar qurultayında baş verənlər bundan sonra ölkə siyasi səhnəsindəki proseslər fonunda kölgədə qaldı. Halbu ki, ortada ciddi fakt var idi: Azərbaycan müstəqillik tarixində demək olar ki, ilk dəfə bir partiyanın qurultayında sədr seçkisi alternativ şəkildə keçirilir və köhnə sədrin komandası seçkini uduzur. Bu videokadrlarla sübuta yetirilən bir faktdır. Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı qurultay nümayəndələrtinin böyük əksəriyyətinin səsini toplayaraq partiya sədri seçilir. Qurultaydan yayılan video görüntülərdən də aydın olur ki, qurultay nümayəndələrinin bir hissəsi Elçin Ağamalını partiyanın yeni sədri elan edir və onun seçildiyini təsdiqləyirlər.

“Siyasi partiyalar haqqında qanun”a uyğun olaraq Elçin Ağamalı oktyabrın 25-də keçirilmiş qalmaqallı qurultayın nəticələri ilə bağlı noyabrın 3-də Ədliyyə Nazirliyinə müraciət edib. 10 günə yaxın zaman keçməsinə baxmayaraq hələ Ədliyyə Nazirliyinin rəsmi cavab yoxdur. Amma buna qədər Fəzail Ağamalı başqa bir addım atıb.  Belə ki, cumhuriyyet.az onun dəstəsindən mətbuata ötürülən məlumata istinadən bildirir ki, 05 noyabr 2025-ci ildə “Ana Vətən” Partiyasının İdarə Heyətinin iclası keçirilib və Ana Vətən Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilib. 33 illik partiya sədri tərəfindən tək siyasi dözümsüzlük yox həm də təşkilati yanlışlıq qərarıdır. Çünki bir partiya Qurultaya gedirsə Qurultaya qədərki bütün qurum və orqanların səlahiyyətlərinə xitam verilmiş olur. Başqa sözlə Ana Vətən  Partiyasının 5 noyabrda keçirilən İdarə Heyəti 2 səbəbdən heç bir səlahiyyətə malik deyil: Birincisi, əgər köhnə İdarə Heyətindən söhbət gedirsə yuxarıda qeyd edildiyi kimi, bu tərkib qurultayla səlahiyyətinin bitiribh. İkincisi , söhbət Qurultaydan sonra formalaşmış İdarə Heyətindən gedirsə Ədliyyə Nazirliyi hələ Qurultay qərarları ilə bağlı  rəsmi qərar verməyib.

Elə həmin qeyri-legitim İdarə Heyətinin iclasında Partiya Nizamnaməsinin 5.8.1-ci, 10.3-cü və 12.3.7-ci bəndlərini əsas götürərək, 12 rayon təşkilat sədrlərinin (Paşa Alməmmədov – Ağstafa rayon təşkilatı, Telman Qasımov – Ağsu rayon təşkilatı, Orxan Əhmədov – Bərdə rayon təşkilatı, Ziya İbrahimov – Hacıqabul rayon təşkilatı, Elnur Osmanov – Kürdəmir rayon təşkilatı, Mahmud Nuriyev – Qazax rayon təşkilatı, Yaşar Tağıyev – Lənkəran rayon təşkilatı, Azad Əhmədov – Masallı rayon təşkilatı, Bayram Mustafayev – Sabunçu rayon təşkilatı, Nazim Muradəlizadə – Şabran rayon təşkilatı, Çoşğun Məmmədov – Zərdab rayon təşkilatı, Fazil Ağamalıyev – Suraxanı rayon təşkilatı) Partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib. Partiyanın 12 rayon təşkilatı buraxılıb. Bu təşkilatların hər birində orta hesabla 150 partiya üzvünün olduyunu nəzərə alsaq, belə çıxır ki, 2 min üzv partiyadan kənarlaşdırılıb. Ədliyyə Nazirliyində 6 min üzvlə qeydiyyatdan keçdiyini nəzərə alsaq indiki durum partiyanın buraxılması anlamına gəlir.

Bütün bu yanlışlıqlarla Elçin Ağamalıya qarşı qəzəbi soyumayan Fəzail Ağamalı hətta Azərbaycan maraqlarında da yanlışlıqdan çəkinmir. Belə ki,  Elçin Ağamalı özünün Facebook səhifəsində qələbəmizin 5 illiyi ilə bağlı analitik yazı dərc edib və qələbənin əldə olunmasında ölkə prezidenti cənab İlham Əliyevin müstəsna rolunu önə çəkib.  Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı məqaləyə “qəzəbli smayliki” qoymaqla reaksiya verib. Görəsən, yazıda göstərilən hansı fikir görəsən Fəzail müəllimin xoşuna gəlməmişdir.

 

Əvvəlki Yazı

AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama: laboratoriyalarda nələr gizlədilir?

Növbəti Yazı

Ramiz Mehdiyevin kölgəsində Əsabil Qasımov: Azərbaycandan Rusiyaya daşınan milyonların izi- SENSASİON FAKTLAR

EKSKLUZİV

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

30 İyun 2026 / 12:01
0
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 İyun 2026 / 11:00
0
Azərbaycan bu il Avroviziyada yarışmayacaq

Azərbaycan bu il Avroviziyada yarışmayacaq

30 İyun 2026 / 10:57
1
Bu şəxslərə yeni mənzillər veriləcək

Bu şəxslərə yeni mənzillər veriləcək

30 İyun 2026 / 10:45
1

XƏBƏR LENTİ

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

Milli Məclisin iclası başlayıb

Azərbaycan bu il Avroviziyada yarışmayacaq

Bu şəxslərə yeni mənzillər veriləcək

Azərbaycan nefti bahalaşıb

Nazirin iştirakı uşaqlara xüsusi motivasiya verib

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.