Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

İyun 26, 2026
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Avropa Şurası Parlament Assambleyasının qərəzli bəyanatı demokratik məsuliyyət, dövlətçilik və milli maraqlar prizmasından

Beynəlxalq arenada ədalət və obyektivlik prinsipləri tez-tez siyasi maraqların kölgəsində qalır. Xüsusilə Avropanın bir sıra təşkilatları öz real missiyalarını unudaraq ayrı-ayrı dövlətlərə qarşı təzyiq alətinə çevrilir, qərəz kampaniyasının əsas oyunçusu rolunda çıxış edir. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı qəbul edilən növbəti qərəzli qətnamə bir daha göstərdi ki, bu qurum hələ də Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları həzm edə bilmir. AŞPA-da Azərbaycana münasibətdə müşahidə olunan selektiv yanaşma və ikili standartlar ən çirkin formada özünü açıq şəkildə büruzə verir. Avropa Şurası Parlament Assambleyasının Azərbaycana dair qəbul etdiyi son qətnamədə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı irəli sürülən fikirlər ölkəmizdə siyasi sistemin mahiyyətinə birtərəfli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Bu sənəddə siyasi partiyaların qeydiyyatı, üzvlük tələbi, yenidən qeydiyyat mexanizmi, dövlət maliyyələşməsi və siyasi plüralizm məsələləri ilə bağlı müəyyən iradlar səsləndirilir. Lakin həmin iradlara obyektiv yanaşmaq üçün Azərbaycanın tarixi-siyasi reallıqları, dövlət təhlükəsizliyi, konstitusion quruluşu və cəmiyyətin siyasi institutlaşma səviyyəsi mütləq nəzərə alınmalıdır.
Vəhdət Partiyası hesab edir ki, hər bir suveren dövlət öz siyasi sistemini milli maraqlarına, Konstitusiyasına və ictimai inkişaf mərhələsinə uyğun qurmaq hüququna malikdir. Demokratiya yalnız formal çoxluq, kağız üzərində yaradılmış partiyalar və süni siyasi görüntü demək deyil. Demokratiya ilk növbədə məsuliyyət, ictimai etimad, hüquqi şəffaflıq və dövlət qarşısında siyasi cavabdehlikdir.
“Siyasi partiyalar haqqında” Qanunun əsas məqsədi siyasi rəqabəti məhdudlaşdırmaq deyil, onu daha sağlam, şəffaf və institusional əsaslara keçirməkdir. Bu qanun siyasi partiyaları formal qurumlardan real ictimai dayağa malik təşkilatlara çevirmək, onların məsuliyyətini artırmaq və cəmiyyət qarşısında hesabatlılığını gücləndirmək məqsədi daşıyır.
AŞ PA-nın əsas iradlarından biri siyasi partiyanın qeydiyyatı üçün tələb olunan üzv sayının yüksək olması ilə bağlıdır. Lakin Azərbaycanın əhalisi on milyondan artıqdır. Belə bir ölkədə siyasi hakimiyyətə iddia edən, xalq adından danışan və dövlət idarəçiliyində iştirak etmək istəyən təşkilatın ən azı beş min üzv toplaması qeyri-demokratik tələb kimi təqdim oluna bilməz. Əksinə, bu, həmin təşkilatın real sosial dayağa malik olub-olmadığını göstərən minimum siyasi meyardır.
Əgər hər hansı siyasi qurum uzun illər fəaliyyət göstərdiyi halda beş min vətəndaşı öz ideyası, proqramı və təşkilati fəaliyyəti ətrafında birləşdirə bilmirsə, burada problemi yalnız qanunda axtarmaq düzgün deyil. Bu, həmin qurumun ictimai nüfuzu, təşkilatlanma qabiliyyəti, ideoloji cazibəsi və vətəndaşlarla işləmə bacarığı ilə bağlı məsələdir. Siyasi partiya yalnız ad, möhür və ofisdən ibarət olmamalıdır. O, cəmiyyətin müəyyən hissəsinin iradəsini ifadə edən canlı siyasi institut olmalıdır.
Bu gün Azərbaycanda iyirmidən artıq siyasi partiyanın fəaliyyət göstərməsi ölkədə çoxpartiyalı sistemin mövcudluğunu təsdiqləyir. Deməli, qanun siyasi plüralizmi aradan qaldırmır. Əksinə, siyasi meydanda qalmaq istəyən partiyalardan daha ciddi təşkilatlanma, real üzvlük bazası və məsuliyyətli fəaliyyət tələb edir. Demokratiyanın keyfiyyəti partiyaların sayı ilə deyil, onların cəmiyyətə bağlılığı, seçici ilə əlaqəsi, proqramlarının məzmunu və dövlətçilik məsuliyyəti ilə ölçülür.
Yenidən qeydiyyat məsələsi də məlum bədnam qətnamədə tənqid olunur. Halbuki hüquqi baxımdan bu mexanizm yeni qanunvericilik mühitinə uyğunlaşmanın təbii formasıdır. Dövlət yeni qanun qəbul etdikdə, həmin sahədə fəaliyyət göstərən subyektlərin yeni hüquqi tələblərə uyğunlaşdırılması normal hüquqi prosesdir. Bu, yalnız siyasi partiyalara deyil, müxtəlif hüquqi şəxslərə, ictimai birliklərə və digər təşkilatlara da aid edilə bilər. Yenidən qeydiyyatın mahiyyəti ləğvetmə deyil, hüquqi statusun dəqiqləşdirilməsi, şəffaflığın təmin edilməsi və fəaliyyətin qanun çərçivəsində aparılmasına nəzarətdir.
Siyasi partiyalar dövlətin siyasi sistemində xüsusi yer tutur. Onlar sadəcə ictimai birlik deyil, hakimiyyətin formalaşmasında iştirak etmək iddiasında olan institutlardır. Buna görə də onların üzvlük bazası, maliyyə mənbələri, idarəetmə strukturu və hüquqi statusu aydın olmalıdır. Bu, həm dövlətin, həm cəmiyyətin, həm də seçicinin maraqlarına uyğundur.
Dövlət maliyyələşməsi məsələsində də AŞ PA-nın yanaşması birtərəfli görünür. Dövlət büdcəsi bütün vətəndaşların vəsaitidir. Bu vəsaitin siyasi partiyalara ayrılması ciddi meyarlara əsaslanmalıdır. Cəmiyyətdə real dayağı olmayan, seçici etimadı qazanmayan və yalnız formal şəkildə mövcud olan təşkilatların dövlət hesabına maliyyələşdirilməsi nə siyasi, nə də iqtisadi baxımdan əsaslandırıla bilər. Dövlət dəstəyi ictimai etimadı olan, siyasi proseslərdə real iştirak edən və qanun qarşısında şəffaf fəaliyyət göstərən partiyalara yönəlməlidir.
Beynəlxalq təşkilatlar siyasi partiyalarla bağlı tövsiyələr verərkən hər ölkənin özünəməxsus tarixi, təhlükəsizlik və siyasi şəraitini nəzərə almalıdırlar. Azərbaycan uzun illər işğal, separatizm, xarici təzyiq və milli təhlükəsizlik çağırışları ilə üzləşmiş dövlətdir. Belə bir ölkədə siyasi institutların hüquqi çərçivəyə salınması, onların məsuliyyətinin artırılması və dövlətin konstitusion əsaslarına uyğun fəaliyyət göstərməsi tamamilə legitim yanaşmadır.
Avropa ölkələrinin özündə də siyasi partiyalarla bağlı vahid model mövcud deyil. Müxtəlif ölkələrdə partiyaların qeydiyyatı, seçkilərdə iştirakı, dövlət maliyyələşməsi və fəaliyyətinə nəzarət fərqli qaydalarla tənzimlənir. Bu isə onu göstərir ki, demokratiya yalnız bir model üzərində qurulmur. Hər bir dövlət öz siyasi sistemini milli xüsusiyyətlərinə, hüquqi ənənələrinə və təhlükəsizlik ehtiyaclarına uyğun formalaşdırır.
Azərbaycanın seçdiyi modelin əsas fəlsəfəsi siyasi sistemi zəiflətmək deyil, onu sağlamlaşdırmaqdır. Siyasi partiyalar cəmiyyətdə real dayağa malik olmalı, vətəndaşla işləməli, proqram təqdim etməli, seçicinin etimadını qazanmalı və dövlətçilik məsuliyyəti daşımalıdır. Əks halda, siyasi proseslər formal adlar, şəxsi ambisiyalar və ictimai dəstəyi olmayan qurumlar üzərində qurular ki, bu da demokratiyanı gücləndirməz, əksinə, onu imitasiya səviyyəsinə endirər.
Vəhdət Partiyası hesab edir ki, “Siyasi partiyalar haqqında” Qanun Azərbaycanın siyasi sisteminin daha dayanıqlı, şəffaf və məsuliyyətli əsaslar üzərində inkişafına xidmət edir. Bu qanun partiyaları xalqdan uzaqlaşdırmır, əksinə, onları xalqa yaxınlaşmağa, real üzvlük bazası yaratmağa, cəmiyyətlə işləməyə və siyasi məsuliyyət daşımağa sövq edir.
Biz beynəlxalq dialoqun tərəfdarıyıq. Lakin bu dialoq qarşılıqlı hörmət, obyektivlik və dövlətlərin suverenliyinə ehtiram prinsipi üzərində qurulmalıdır. Azərbaycanın daxili siyasi sistemi barədə irəli sürülən hər bir tövsiyə ölkəmizin konstitusion quruluşu, milli təhlükəsizlik maraqları və tarixi-siyasi reallıqları nəzərə alınmaqla qiymətləndirilməlidir.
Demokratiya məsuliyyətsiz çoxluq deyil, məsuliyyətli institutlar sistemidir. Güclü dövlət güclü siyasi partiyalarla, güclü siyasi partiyalar isə real ictimai dayağa, şəffaf fəaliyyətə və milli maraqlara sədaqətə əsaslanır. Bu baxımdan Azərbaycanın siyasi partiyalar haqqında qanunvericiliyi dövlətçiliyin, siyasi sabitliyin və institusional demokratiyanın möhkəmlənməsinə xidmət edən mühüm hüquqi mexanizm kimi dəyərləndirilməlidir.
Son illər Azərbaycanda formalaşan siyasi dialoq mühiti göstərir ki, ölkədə siyasi institutlar qarşıdurma modelindən milli məsuliyyət modelinə doğru mühüm inkişaf yolu keçmişdir. Xüsusilə 2019-cu ildən etibarən Prezident Administrasiyasında siyasi partiyalarla iş istiqamətinin institusional əsasda formalaşdırılması, siyasi dialoqun genişləndirilməsi və Milli Məclislə partiyalar arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi ölkədə yeni siyasi münasibətlər mərhələsinin başlanğıcı olmuşdur.
Bu proses nəticəsində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti dövlətçilik məsələlərində ümumi milli mövqe nümayiş etdirmişdir. 44 günlük Vətən müharibəsi dövründə, antiterror tədbirləri zamanı, habelə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı beynəlxalq təzyiqlər fonunda siyasi partiyaların əksəriyyəti vahid dövlətçilik mövqeyindən çıxış etmiş, milli maraqları siyasi rəqabətdən üstün tutduqlarını nümayiş etdirmişlər.
Məhz bu reallıq fonunda AŞ PA-nın bəzi tövsiyələri Azərbaycanda əvvəlki qarşıdurma modelinin yenidən təşviq edilməsi kimi qiymətləndirilə bilər. Vəhdət Partiyasının qənaətinə görə, formal siyasi plüralizmin genişləndirilməsi adı altında ictimai dayağı zəif olan siyasi strukturların əvvəlki təsir imkanlarının bərpasına çağırışlar ölkədə artıq formalaşmış milli siyasi həmrəyliyə xidmət etmir. Əksinə, belə yanaşmalar siyasi institutların məsuliyyət prinsipindən uzaqlaşmasına, cəmiyyətdə süni qarşıdurmaların və informasiya manipulyasiyalarının artmasına şərait yarada bilər.
Azərbaycan son illərdə göstərdi ki, milli təhlükəsizlik, dövlət müstəqilliyi və suverenlik məsələlərində siyasi həmrəylik mümkündür. Bu həmrəylik müxtəlif siyasi baxışların aradan qalxması deyil, milli maraqların partiya maraqlarından üstün tutulması deməkdir. Vəhdət Partiyası hesab edir ki, Azərbaycanın gələcək inkişafı siyasi qarşıdurmanın deyil, sağlam rəqabətin, məsuliyyətli siyasi institutların və milli həmrəyliyin möhkəmləndirilməsi ilə mümkündür. Xaricdən irəli sürülən istənilən tövsiyə də məhz bu reallıq və Azərbaycan cəmiyyətinin son illərdə keçdiyi inkişaf yolu nəzərə alınmaqla qiymətləndirilməlidir.
AŞPA bu sənəddə hüquqi obyektivlikdən daha çox siyasi yanaşmaya üstünlük verib, nəticədə qətnamə uzun illərdir Azərbaycana qarşı tənqidi mövqe nümayiş etdirən müəyyən siyasi dairələrin baxışlarını əks etdirən siyasi bəyanat kimi ortaya çıxıb. Ermənistanda keçirilən seçkilər zamanı hakimiyyətin müxalifətə qarşı təzyiqlər göstərdiyi, həbslər həyata keçirdiyi, cinayət işləri açdığı və siyasi rəqiblərini zəiflətməyə çalışdığı barədə çoxsaylı faktlar real idi. Lakin bu proseslərə AŞPA deputatları tərəfindən ciddi münasibət bildirildimi? Xeyr. Əksinə, Ermənistanda demokratik qüvvələrin qalib gəldiyi və seçkilərin şəffaf keçirildiyi barədə bəyanatlar verildi. Qətnamənin müzakirələri zamanı baş verənlər də sənədin hansı mühitdə qəbul olunduğunu nümayiş etdirdi.
Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Frank Şvabe çıxışı zamanı yalnız Azərbaycanı tənqid etməklə kifayətlənmədi, o, Azərbaycanın mövqeyini müdafiə edən deputata qarşı da aqressiv və sərt ritorikadan istifadə etməkdən də çəkinmədi. Bu davranış isə AŞPA daxilində fərqli mövqelərə münasibətin necə formalaşdığını göstərən mühüm nümunədir. Parlament diplomatiyasının mahiyyəti fikir müxtəlifliyinin təmin olunmasıdır. Əgər fərqli mövqe nümayiş etdirən deputat emosional hücumlarla qarşılanırsa, bu, müzakirələrin obyektiv platformadan uzaqlaşdığını göstərir. Şvabe iyunun 24-də Azərbaycana qarşı növbəti qərəzli qətnamənin müzakirəsi zamanı da ölkəmizlə bağlı yalan və böhtanlar “püskürüb”. O, çıxışında guya hakimiyyətin müxalifətə, mediaya təzyiq göstərdiyini, kimlərinsə siyasi mövqeyinə görə həbs edildiyini iddia edib. Lakin bu birmənalıdır ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdəki azad söz hüququ, azad siyasi fəaliyyət hüququ ən yüksək səviyyədə təmin edilir. Ayrı-ayrı qrupların marağında olan şəxslərin konkret ittihamlar üzrə daşıdıqları məsuliyyətə gəldikdə isə, bu, dünyanın hər yerində eyni prinsiplə tənzimlənir – Şvabenin də ölkəsində qanunu pozan şəxslər qanun qarşısında cavab verir. Ümumiyyətlə, Frank Şvabe Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırmasından sonra da ölkəmiz əleyhinə aktiv çıxışlar edir. Bu çıxışları müşahidə edərkən belə nəticə çıxır ki, F.Şvabe AŞPA-nın deputatı kimi deyil, “erməni şəbəkəsi” tərəfindən ələ alınmış lobbi qruplarının üzvü kimi davranır. Sirr deyil ki, Avropa məkanında “erməni şəbəkəsi” tərəfindən ələ alınmış və Azərbaycana qarşı fəaliyyətə sövq edilmiş xüsusi missioner qruplar mövcuddur. Onların sırasında həm rəsmi vəzifə daşıyanlar, həm media, QHT nümayəndələri, həm də biznes aləminin təmsilçiləri yer alırlar. Frank Şvabe də məhz bu qrupda yer tutur. Əslində, həmin ermənipərəst dairələr və onların əlaltıları bu cür primitiv yolla ölkəmiz haqqında mənfi imic yaratmağın mümkünsüzlüyünü özləri də dərk edirlər. Şərqlə-Qərbin qovşağı olan Azərbaycan bu gün dünya üçün hüquq və azadlıqların qorunması, tolerantlığın inkişafı baxımından real nümunədir. Görülən işlərə, aparılan islahatlara don geyindirməyə, onları ləkələməyə çalışanlar isə bununla özlərini biabır etməkdən başqa iş görmürlər. Azərbaycan ictimaiyyəti Şvabe kimi siyasilərin sifarişli “hücumlarına” uzun müddətdir şahidlik edib, artıq xalıqımızda bu kimi əsassız hücumlara qarşı immunitet yaranıb.
Azərbaycanda onların arzu və gözləntiləri reallaşmadığı üçün ölkəmiz demokratiyadan uzaq dövlət kimi təqdim edilir, qərəzli çıxışlar təşkil olunur və Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilir. Lakin onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycan dövləti xaricdən gələn sifarişlərlə idarə olunmur. Ölkəmizin siyasəti də, iqtisadiyyatı da müstəqildir. Biz heç kimdən asılı deyilik və heç bir xarici qüvvənin tələbi ilə dövlətimizin siyasi kursunu müəyyənləşdirmirik. Azərbaycan dövləti xalqın milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür və heç bir xarici dairə xalqımızın iradəsinə təsir göstərə bilməz.

Adəm İsmayıl Bakuvi
Vəhdət Partiyasının sədri

Əvvəlki Yazı

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

EKSKLUZİV

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

26 İyun 2026 / 15:34
16
Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

26 İyun 2026 / 13:56
11
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 2026 / 18:18
25
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

24 İyun 2026 / 15:29
4

XƏBƏR LENTİ

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.